Tramp Qrenlandiya planını dəstəkləməyən 8 Avropa ölkəsinə vergi qoydu

Tramp Qrenlandiya planını dəstəkləməyən 8 Avropa ölkəsinə vergi qoydu






presstv

"Presstv"az #ABŞ, #Almaniya, #Avropa, #Danimarka, #Donald Tramp, #Finlandiya, #Fransa, #İngiltərə, #Müharibə, #Norveç, #Qrenlandiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qrenlandiyanı ABŞ-nin nəzarətinə keçirmək istəyən Donald Tramp bu planı dəstəkləməyən 8 Avropa ölkəsinə qarşı “ticarət müharibəsi” elan edib. O, Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, İngiltərə, Hollandiya və Finlandiyadan ABŞ-yə gələn bütün mallara əlavə gömrük vergisi tətbiq olunacağını açıqlayıb.

presstvaz xəbər verir ki, Trampın qərarına əsasən, bu ölkələrə qarşı ticarət məhdudiyyətləri mərhələli şəkildə sərtləşəcək:

1 fevral 2026-cı il: Mallara 10% gömrük vergisi tətbiq olunacaq.

1 iyun 2026-cı il: Bu vergi dərəcəsi 25%-ə qaldırılacaq.

Bu vergilər Qrenlandiyanın ABŞ tərəfindən tamamilə satın alınması barədə rəsmi razılıq əldə olunana qədər qüvvədə qalacaq.

Prezident Tramp sosial media hesabında Avropa ölkələrini kəskin tənqid edərək bildirib ki, bu ölkələrin Qrenlandiya ilə bağlı fəaliyyətləri dünya üçün “dayanıqsız bir risk” yaradır. O, ABŞ-nin milli təhlükəsizliyi və qurulmaqda olan “Qızıl Qübbə” (müdafiə sistemi) üçün bu adanın həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Danimarka Krallığına bağlı muxtar bölgə olan Qrenlandiya indiyə qədər ABŞ-nin suverenliyin təhvil verilməsi ilə bağlı təkliflərini rədd edib. Avropa ölkələri isə bölgədə hərbi əməkdaşlığı artırmaq üçün oraya kiçik hərbi bölmələr göndərməyə başlayıb. Tramp isə bu addımları qlobal sülhə təhdid kimi qiymətləndirərək sert tədbirlərin qaçılmaz olduğunu qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv