Sosial şəbəkə paylaşımlarına görə iki min manatadək cərimə oluna bilərsiniz

Sosial şəbəkə paylaşımlarına görə iki min manatadək cərimə oluna bilərsiniz






presstv

"Presstv"az #İlham Əliyev, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sayt və sosial şəbəkələrdə cəmiyyətə qarşı açıq hörmətsizlik ifadə edən hərəkətlər qadağan olunub. Prezident İlham Əliyev bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna edilən dəyişiklikləri təsdiqləyib.

Dəyişikliyə əsasən, kütləvi şəkildə nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə yol verilməyəcək. Belə ki, əxlaqsız ifadələrin səsləndirilməsi, bu məzmunda təəssürat yaradan jestlərin edilməsi, eləcə də bədən hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada nümayiş etdirilməsi ilə bağlı məlumatların yayılması qadağan olunur.

presstvaz xəbər verir ki, Baku TV məsələ ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib. Vətəndaşlardan biri bildirib ki, sosial şəbəkələrdə əxlaqsızlığı təbliğ edən paylaşımlar onu ciddi şəkildə narahat edirdi:

"Belə paylaşımların olmaması daha yaxşıdır. İnsanlar etika çərçivəsində danışmalı və davranmalıdırlar".

Hüquqşünas Mircavid Miriyev qeyd edib ki, sözügedən əməllərə görə inzibati məsuliyyət müəyyən olunub. Onun sözlərinə görə, bu cür pozuntulara yol verən şəxslər barəsində 500 manatdan 1 000 manatadək cərimə tətbiq edilə bilər.

Eyni zamanda, işin hallarına və pozuntu törədənin şəxsiyyətinə görə bu tədbirlər kifayət hesab edilmədikdə 30 günədək inzibati həbs də nəzərdə tutulur. Zəruri hallarda inzibati həbsin müddəti 1 aydan 2 ayadək uzadıla bilər.

Bundan əlavə, həmin xətanı törətmiş və barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs tərəfindən bu pozuntunun qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsi halında 1 000 manatdan 2 000 manatadək cərimə tətbiq ediləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv