Balakəndə Polis Akademiyasına hazırlaşan şagirdlərlə maarifləndirici görüş keçirilib

Balakəndə Polis Akademiyasına hazırlaşan şagirdlərlə maarifləndirici görüş keçirilib






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Azərbaycan, #Balakən Rayon Polis Şöbəsi, #Çin, #DİN, #Kitab, #Sağlam həyat tərzi, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
Gələcəyin polis zabitləri Balakəndə polis peşəsi ilə yaxından tanış oldular
       presstvaz-a Daxili İşlər Nazirliyinin rəsmi mənbələrindən daxil olan məlumata əsasən, Balakən Rayon Polis Şöbəsində DİN-in Polis Akademiyasında təhsil almaq istəyən şagirdlər və onların valideynləri ilə görüş keçirilib.

Görüşdə Balakən RPŞ-nin rəisi, polis polkovniki Çingiz Aslanov polis peşəsinə maraq göstərən məktəblilərə məsuliyyətli davranmağın, sağlam həyat tərzi sürməyin və təhsilə xüsusi diqqət yetirməyin vacibliyini vurğulayıb.

       Tədbir zamanı Polis Akademiyasına qəbul qaydaları və şərtləri, ali təhsil müəssisəsində yaradılmış tədris, elmi və sosial mühit, kitabxana və laboratoriyalar, praktiki təlim bazası, kursantların sosial təminatı, eləcə də daxili işlər orqanlarının və Polis Akademiyasının tarixi inkişaf mərhələləri barədə şagirdlərə ətraflı məlumat verilib.

Daha sonra polisin gündəlik xidməti fəaliyyəti iştirakçıların diqqətinə çatdırılıb, xidməti avtomobillər, xüsusi texniki vasitələr və digər avadanlıqlar nümayiş etdirilib.

presstvaz – Azərbaycanın etibarlı informasiya mənbəyi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv