Magistratura səviyyəsi üzrə sınaq imtahanı keçiriləcək

Magistratura səviyyəsi üzrə sınaq imtahanı keçiriləcək






presstv

"Presstv"az #Audi, #Bakı, #Dövlət İmtahan Mərkəzi (DİM), #Lənkəran, #Magistratura, #Orta məktəb, #Şəki, #Şəmkir, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2026-cı il yanvarın 18-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək.

presstvaz xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Mərkəzin Gəncə, Şəki, Şəmkir, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrinin inzibati binalarında, Naxçıvanda isə 4 saylı orta məktəbdə təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün müraciət internet vasitəsilə aparılıb və 493 nəfər qeydiyyatdan keçib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanda iştirak edəcək bakalavrların nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatacaq. Test tapşırıqlarının cavablandırılmasına 3 saat, xarici dil fənni üzrə essenin yazılmasına isə 30 dəqiqə vaxt ayrılır.

Bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.

İştirakçılar imtahan üçün ayrılan vaxt başa çatdıqda və ya imtahanı yekunlaşdırdıqda nəticələrlə (esse qiymətləri istisna olmaqla) tanış olmaq imkanına malik olacaqlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv