Tramp bu gün Ağ Evdə Maçado ilə görüşəcək

Tramp bu gün Ağ Evdə Maçado ilə görüşəcək






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Bakı, #Donald Tramp, #Hakim, #Nikolas Maduro, #Nyu-York, #Vaşinqton, #Venesuela

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp bu gün Vaşinqtonda Venesuelanın müxalifət lideri Mariya Korina Maçadonu qəbul edəcək.

presstvaz xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.

Trampın yanvarın 15-i üçün dərc olunan cədvəlinə əsasən, görüş yerli vaxtla saat 12:30-da (Bakı vaxtı ilə saat 21:30 – red.) baş tutacaq.

Görüş Oval kabinetində deyil, Ağ Ev prezidentinin şəxsi qonaq otağında, ehtimal ki, nahar vaxtı keçiriləcək.

Qeyd edək ki, Venesuela xalqının demokratik hüquqlarının inkişafı yolunda yorulmaz fəaliyyətinə və diktaturadan demokratiyaya ədalətli və sülh yolu ilə keçidə nail olmaq uğrunda apardığı mübarizəyə görə Mariya Korina Maçado 2025-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb.

Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Silia Flores həbs edilərək Nyu-Yorka aparılıblar.

ABŞ Prezidenti Donald Tramp Maduro və Floresin “narkoterrorizm” və ABŞ-ni təhdid etmək ittihamı ilə mühakimə olunacaqlarını açıqlayıb. Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti dövlət başçısı elan edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv