Rza Pəhləvidən inqilab vədləri: “Azad İran nüvə proqramını dayandıracaq və İsraili tanıyacaq”

Rza Pəhləvidən inqilab vədləri: “Azad İran nüvə proqramını dayandıracaq və İsraili tanıyacaq”






presstv

"Presstv"az #ABŞ, #Audi, #İran, #İsrail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azad İran təhlükəsizlik və xarici siyasət sahəsində İranın nüvə hərbi proqramına son qoyulacaq. Terrorçu qruplara dəstək dərhal dayandırılacaq. Terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotik ticarəti və ekstremist islamçılıqla mübarizədə regional və qlobal tərəfdaşlarla əməkdaşlıq edəcək”.

presstvaz xəbər verir ki, bu fikirləri İran şahının sonuncu varisi Rza Pəhləvi “X” hesabında yazıb.

O bildirib ki, hazırkı rejim süqut edəcəyi halda İran bölgədə dost və sabitləşdirici güc kimi çıxış edəcək və qlobal təhlükəsizlikdə məsuliyyətli tərəfdaş olacaq:

“Diplomatiya sahəsində ABŞ ilə münasibətlər normallaşdırılacaq, Amerika və onun xalqı ilə dostluq bərpa ediləcək. İsrail dövləti dərhal tanınacaq. Azad İranı, İsraili və ərəb dünyasını bir araya gətirəcək “İbrahim razılaşmaları”nın “Kir razılaşmaları” ilə genişləndirilməsi istiqamətində çalışacağıq”, – deyə o qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv