Kim Çen Inın bacısı Cənubi Koreya ilə münasibətlərdən danışdı

Kim Çen Inın bacısı Cənubi Koreya ilə münasibətlərdən danışdı






presstv

"Presstv"az #Audi, #Cənubi Koreya, #Hakim, #Kim Çen In, #Şimali Koreya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Cənubi Koreya hakimiyyətinin KXDR ilə gərginliyin azaldılması iddiaları sadəcə xəyaldır”.

presstvaz xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-Çjon KCNA xəbər agentliyinə açıqlamasında bildirilib.

“Seulun Şimali və Cənubi Koreya arasında münasibətlərin yaxşılaşdırılması üçün müxtəlif optimist planlarına gəldikdə isə bunların hamısı xəyaldan başqa bir şey deyil. Şimali və Cənubi Koreya arasındakı münasibətlərin reallığı heç vaxt dəyişməyəcək”, – deyə o qeyd edib.

Kim Yo-Çjon əlavə edib ki, Cənubi Koreya KXDR-in suverenliyini pozan ciddi təxribat törədib. Şimali Koreya liderinin bacısı Seulu günahını etiraf etməyə, üzr istəməyə və gələcəkdə oxşar hərəkətlərin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.

Xatırladaq ki, yanvarın 10-da KXDR Cənubi Koreyanın dronlardan istifadə edərək iki dəfə hava məkanını pozduğunu bəyan edib. Rəsmi Seul bu iddiaları təkzib edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv