Xəzər nefti hədəfdə: dron hücumu oldu

Xəzər nefti hədəfdə: dron hücumu oldu






presstv

"Presstv"az #dənizdə, #Dron hücumu, #Gəmi, #Hadisə, #Qara dəniz, #Qazax, #Qazaxıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qazaxıstan Energetika Nazirliyi Qara dənizdə Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) dəniz terminalı yaxınlığında Qazaxıstanın ixrac neftini daşıyan iki tankerin dron hücumuna məruz qalması ilə bağlı məlumatları rəsmi şəkildə təsdiqləyib.

presstvaz xəbər verir ki, nazirliyin açıqlaması qurumun "Telegram" kanalında yayımlanıb. Bildirilib ki, hücuma məruz qalan gəmilərdən "Matilda" Malta bayrağı, "Delta Harmony" isə Liberiya bayrağı altında üzür.

Energetika Nazirliyinin məlumatına görə, "Matilda" tankerində baş verən partlayış yanğınla nəticələnməyib. Hadisə zamanı ekipaj üzvləri arasında xəsarət alan olmayıb. İlkin texniki baxış nəticəsində gəminin dənizə yararlılığını saxladığı və gövdəsində ciddi zədələnmə aşkar edilmədiyi qeyd olunub.

Nazirlik həmçinin bildirib ki, "Delta Harmony" tankeri yüklənməni gözlədiyi vaxt hücuma məruz qalıb. Hadisə nəticəsində yanğın baş versə də, alov qısa müddətdə söndürülüb. Bu tankerində də ekipaj üzvləri arasında xəsarət alan olmayıb.

Açıqlamada vurğulanıb ki, hücum anında "Delta Harmony" tankerinə neft yüklənməyib və yük çənləri boş olub. Bu səbəbdən Qazaxıstanın ixrac neft resurslarına hər hansı zərər dəyməyib.

Hadisə Xəzər neftinin dünya bazarlarına çıxarılmasında mühüm rol oynayan CPC marşrutunun təhlükəsizliyi ilə bağlı sualları yenidən gündəmə gətirib. Rəsmi qurumlar vəziyyətin nəzarət altında olduğunu bildirsələr də, insident regionda enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. (sfera.az)


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv