Azərbaycan güclü zəlzələnin astanasında: Bu ərazilərdə gözlənilir…

Azərbaycan güclü zəlzələnin astanasında: Bu ərazilərdə gözlənilir…






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Güclü zəlzələ, #İtaliya, #Şamaxı, #Türkiyə, #Yeraltı təkanlar, #Zəlzələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Regionda nisbi seysmik aktivləşmə müşahidə olunur. Region dedikdə isə daha dəqiq desək, seysmik aktiv zona nəzərdə tutulur. Şamaxı-İsmayıllı ərazisi Azərbaycanın ən aktiv seysmik zonalarından biridir. Tarix boyu bu ərazilərdə güclü və hiss olunan zəlzələlər baş vermişdir".

presstvaz xəbər verir ki, bunu "Yeni Sabah"a açıqlamasında Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev deyib. Onun sözlərinə əsasən, mövcud seysmik proseslər qonşu zəlzələ ocaqlarını da hərəkətə gətirə bilər:

"Ümumiyyətlə, bölgədə daim geodinamik və seysmik aktivlik müşahidə olunur. Müxtəlif vaxtlarda baş verən yeraltı təkanlar müasir cihazlar və seysmik stansiyalar tərəfindən qeydə alınır. Mən hər zaman xüsusilə hiss olunan zəlzələlərə diqqət çəkirəm. Şamaxı-İsmayıllı ərazisində baş verən zəlzələlərdən sonra yaxın seysmik ocaqlarda da müəyyən aktivləşmə mümkündür və bu proses bir neçə gün ərzində müşahidə oluna bilər. Eyni zamanda Aran bölgəsində, Hacıqabul istiqamətində tektonik qırılmalar mövcuddur və həmin ərazilərdə də seysmik aktivlik arta bilər".

Seysmoloq bildirib ki, ümumilikdə, Şamaxı-İsmayıllı zonası tektonik qırılmalar, seysmik ocaqlar və tektonik pozuntularla zəngin bir ərazidir:

"Bir daha təkrar edirəm ki, tarix boyu burada hiss olunan, bəzən də dağıdıcı gücə malik zəlzələlər baş vermişdir. Xüsusilə 1667-ci və 1902-ci illərdə güclü zəlzələlər qeydə alınıb. Son illərdə isə 2014 və 2019-cu illərdə də seysmik aktivlik müşahidə edilmiş, müəyyən dağıntılar baş vermişdir. 2026-cı ilin ümumilikdə seysmik və tektonik baxımdan necə keçəcəyi barədə indidən dəqiq fikir söyləmək tezdir. Lakin bir seysmoloq kimi ilk 3-4 ayın təhlili göstərir ki, ərazi öz xüsusiyyətlərinə uyğun şəkildə müəyyən qədər aktivləşib".

Q.Babayev açıqlamasında onu da qeyd edib ki, Azərbaycanın seysmik vəziyyətini digər ölkələrlə tam şəkildə müqayisə etmək düzgün olmaz:

"Türkiyə, İtaliya və Avropanın bəzi seysmik zonaları ilə müqayisədə ölkəmiz nisbətən daha sabit hesab olunur. Bunun əsas səbəbi tektonik hərəkətlərin və geodinamik proseslərin sürətinin o qədər də intensiv olmamasıdır.Bununla belə, Azərbaycan öz xüsusiyyətlərinə görə zəlzələ zonasına daxildir. Hesab edirəm ki, qarşıdakı ilk dövrlərdə ölkənin müxtəlif ərazilərində hiss olunan, əsasən kiçik maqnitudalı və səthə yaxın zəlzələlər baş verə bilər".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv