Damazlıq heyvandarlığa ayrılan dövlət vəsaitində 5,1 milyon manatlıq uyğunsuzluq aşkarlanıb

Damazlıq heyvandarlığa ayrılan dövlət vəsaitində 5,1 milyon manatlıq uyğunsuzluq aşkarlanıb






presstv

"Presstv"az #Audi, #Hesablama Palatası, #Kənd Təsərrüfatı Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə damazlıq heyvandarlıq sahəsinə ayrılmış dövlət dəstəyinin icrası zamanı ciddi uyğunsuzluqlar aşkarlayıb.

presstvaz xəbər verir ki, bu barədə Hesablama Palatasının apardığı səmərəlilik auditi nəticəsində məlum olub.

Belə ki, “Damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında iltizam” sənədlərinin şərtləri nəzərə alınmaqla aparılmış monitorinqlər zamanı fermer təsərrüfatlarında faktiki mövcudluğu aşkar edilməmiş 4 456 baş iri və xırdabuynuzlu damazlıq heyvan müəyyən edilib.

Həmin heyvanların dəyərinin 60% güzəşti üzrə dövlətin maliyyələşdirdiyi vəsaitin məbləği 5 milyon 127 min 534.4 manat təşkil edib.

Bununla yanaşı, nazirliyin daxili nəzarət qaydasında apardığı monitorinqlər nəticəsində 86 baş Simmental cinsli damazlıq heyvanın alıcısı olan bir təsərrüfatda həmin heyvanların da faktiki mövcudluğu təsdiqlənməyib. Eyni zamanda, agentliyin apardığı monitorinqlərin sənədlərində “tələf olma” adı altında qeydə alınmış, lakin mövcudluğu təsdiqlənməyən 38 baş damazlıq heyvan da aşkar edilib.

Qeyd olunan hallarla bağlı damazlıq heyvanların dəyərinin 60%-lik güzəşti üzrə maliyyələşdirilmiş məbləğlərdə yaranmış çatışmazlığın bərpa edilməsi tələb olunsa da, bu istiqamətdə tədbirlər bu günə qədər icra edilməyib və məsələ hazırda izlənilmə mərhələsindədir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv