“Haber Global” Hələbdə terrorçuların gizli tunellərinin görüntülərini yaydı

“Haber Global” Hələbdə terrorçuların gizli tunellərinin görüntülərini yaydı






presstv

"Presstv"az #Haber Global, #Suriya, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Haber Global” Hələb şəhərinin terrorçulardan təmizlənmiş Şeyx Maqsud və Əşrəfiyyə məhəllələrində son vəziyyəti paylaşıb.

presstvaz-ın xəbərinə görə, “Haber Global” “YouTube” kanalı bununla bağlı videosüjet dərc edib.

Telekanal əməkdaşları terror təşkilatının geridə qoyduğu gizli tunellərə və obyektlərə giriblər.

“Suriyanın Hələb şəhərinin Şeyx Maqsud və Əşrəfiyyə məhəllələri YPG/SDQ (Suriya Demokratik Qüvvələri) terrorçularından təmizlənib. Ancaq Suriya ordusu terrorçuların qoyub getdiyi tələlərin aşkarlanması və zərərsizləşdirilməsi işlərini davam etdirir. Terror təşkilatının yerləşdiyi obyektlərdən biri də Şeyx Maqsud məhəlləsindəki Yasin xəstəxanası olub ki, terrorçular xəstəxananın hər otağını partlayıcı maddələrlə doldurublar.

Terror təşkilatının istifadə etdiyi obyektlərdən biri də Şeyx Maqsud məhəlləsindəki Həsən məscidi olub. Terrorçular məscidi hərbi bazaya çeviriblər.

Terrorçuların nəzarətlərindəki bir çox yerlər kimi Şeyx Maqsudda da gizli tunellər inşa etdiyi ortaya çıxıb. Həmin tunellər terrorçuların yerləşdiyi Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrini birləşdirir. Şeyx Maqsuddan tunelə girən terrorçular Əşrəfiyyədən çıxa bilirdilər”, – deyə materialda bildirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv