Tovuzda sərnişin avtobusu minik maşını ilə toqquşdu: Xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI

Tovuzda sərnişin avtobusu minik maşını ilə toqquşdu: Xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Avto, #avtobus, #Bakı, #Hadisə, #Nəqliyyat, #Təcili Tibbi Yardım, #Tovuz rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tovuzda sərnişin avtobusu ilə minik maşının toqquşması nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

presstvaz-ın sorğusuna cavab olaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yanvarın 11-də, saat 23:50-də Tovuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 1988-ci il təvəllüdlü (kişi) şəxs Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Ona bədənin müxtəlif nahiyələrinin sıyrılmış yarası diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb”, – deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Tovuzda sərnişin avtobusu ilə minik maşını toqquşub.

presstvaz “Teleqraf”a istinadən xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınııb.

Qeyd olunub ki, Bakı istiqamətində hərəkət edən “Mercedes” markalı avtobus VAZ-2106 markalı minik maşını ilə toqquşub. Qəza zamanı VAZ-ın sürücüsü müxtəlif bədən xəsarətləri alıb. Sərnişin avtobusunda isə yaralı yoxdur.

Sərnişinlər digər mikroavtobusla Bakı şəhərinə yola salınıb.

Qəza ilə bağlı araşdırma başlanılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv