Putinlə Buş arasında 11 sentyabr terror aktlarından sonra telefon danışığının stenoqramı açıqlandı

Putinlə Buş arasında 11 sentyabr terror aktlarından sonra telefon danışığının stenoqramı açıqlandı






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Araşdırma, #Audi, #Fransa, #Hadisə, #İraq, #Nyu-York, #Paris, #Rusiya, #təyyarə, #Vaşinqton, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Biz bu əlaqələri təhlükəyə atmamalıyıq. Başa düşürəm ki, Səddam Hüseynlə bağlı heç vaxt konsensusa gələ bilməyəcəyik, lakin mən BMT-də konsensus yaratmaq üçün çox çalışmışam”.

presstvaz xəbər verir ki, bunu ABŞ-nin 43-cü prezidenti Corc Buş (kiçik) 2003-cü ildə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında vurğulayıb. Danışıqların mətni Corc Vaşinqton Universitetinin “Milli Təhlükəsizlik Arxivi” ictimai araşdırmalar təşkilatı tərəfindən açıqlanıb.

Milli Təhlükəsizlik Arxivinin açıqladığı sənədlər arasında 2003-cü ilin martında iki lider arasında telefon danışığından sonra hazırlanmış Ağ Ev memorandumu da var.

“Əminəm ki, hadisələrin necə cərəyan etməsindən asılı olmayaraq, biz dialoqumuzu davam etdirəcəyik”, – ABŞ-nin İraqa müdaxiləsinin Rusiya və Ağ Ev arasında əməkdaşlığa təsirindən danışarkən Corc Buş (kiçik) vurğulayıb.

O, ABŞ-nin İraq siyasətinin digər ölkələr tərəfindən tənqid edilməsinə də toxunub.

“Məsələn, Parisdə anti-ABŞ əhvali-ruhiyyəsi var və buna görə də Fransaya qarşı ciddi reaksiya var ki, onunla mübarizə aparmaqda çətinlik çəkirəm. Siz öz fikirlərinizdə möhkəm dayansanız da, bizim münasibətlərimizə hörmətlə yanaşdınız. Buna görə sizə təşəkkürümü bildirmək istəyirəm”, – kiçik Buş əlavə edib.

Dərc edilmiş sənədlər arasında 12 sentyabr 2001-ci il tarixində Rusiya və ABŞ liderlərinin telefon danışığının stenoqramı da var. Ağ Ev rəhbəri 2001-ci il sentyabrın 11-də Nyu-York və Vaşinqtonda baş verən terror aktlarından sonra da Vladimir Putinə terrorizmə qarşı mübarizədə birləşmək arzusunu bildirib.

V.Putin də öz növbəsində Rusiyanın ertəsi gün ABŞ-dəki terror aktlarında həlak olanların xatirəsinə bir dəqiqəlik sükutla yad ediləcəyini, bayraqların endiriləcəyini və bütün əyləncə tədbirlərinin ləğv ediləcəyini açıqlayıb.

Xatırladaq ki, 11 sentyabr 2001-ci ildə “Əl-Qaidə” qruplaşmasından olan 19 terrorçu ABŞ-də dörd sərnişin təyyarəsini ələ keçirib. Onlardan ikisini Dünya Ticarət Mərkəzinin “əkiz” qüllələrinə – o zamanlar Nyu-Yorkun ən hündür binalarına, üçüncüsünü isə Vaşinqton yaxınlığında yerləşən Pentaqon binasına yönəldiblər. Dördüncü təyyarə də ABŞ paytaxtına doğru istiqamət götürüb, lakin Pensilvaniya ştatındakı Şanksvill şəhəri yaxınlığında qəzaya uğrayıb. Terror aktları nəticəsində 2 977 insan həlak olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv