KİV: ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətləri bəyannaməsini imzalamayıb

KİV: ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətləri bəyannaməsini imzalamayıb






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Münaqişə, #Paris, #Ukrayna, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı birgə bəyannaməyə qoşulmayıb.

presstvaz xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumata görə, sözügedən sənəd yalnız “könüllülərin koalisiyası” tərəfindən imzalanıb.

“Vaşinqtonun təhlükəsizlik zəmanətləri ilə bağlı birgə sənədin imzalaması gözlənilirdi. Amma yekun bəyannamə sonda yalnız “könüllülərin koalisiyası” tərəfindən imzalandı. Sənədin ilkin layihəsində ABŞ-nin hücum halında Ukraynaya kömək etməsi, eləcə də kəşfiyyat və logistika dəstəyi göstərmək öhdəlikləri yer alırdı. Lakin bu müddəalar son versiyadan çıxarılıb”, – deyə məqalədə bildirilir.

Nəşrin yazdığına görə, görüş zamanı verilən “nikbin bəyanatlar” ABŞ-nin Ukrayna və Avropanı dəstəkləmək öhdəliyinə dair şübhələri aradan qaldırmayıb.

Xatırladaq ki, dünən Parisdə “könüllülər koalisiyası”nın iclası keçirilib. Liderlər münaqişə bitdikdən sonra Ukraynaya hərbi kontingent göndərmək üçün “niyyət bəyannaməsi”nə imza atıblar.

Həmçinin mərkəzi Parisdə olacaq əlaqələndirici qrupun yaradılması barədə də razılıq əldə edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv