Moldova mediası Prezident İlham Əliyevin yerli telekanallara verdiyi müsahibəsini işıqlandırıb

Moldova mediası Prezident İlham Əliyevin yerli telekanallara verdiyi müsahibəsini işıqlandırıb






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Bakı, #Günəş, #İlham Əliyev, #Moldova

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Moldovanın aparıcı Noi.md xəbər portalında Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsindən əsas sitatlar verilməklə məqalə dərc edilib.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, rumın və rus dillərində dərc olunan məqalədə Prezident İlham Əliyevin Azərbaycanın enerji təchizatında artdığı rol haqqında söylədiyi fikirlər yer alıb. Qeyd olunub ki, Bakı qaz ixracını həm həcm, həm də coğrafi imkan baxımından artırır. Azərbaycan bu gün və uzun illər Avropa istehlakçıları üçün əvəzolunmaz tərəfdaşdır və enerji təhlükəsizliyi baxımından etibarlı təchizatçı kimi rolu daha da artacaq.

Məqalədə dövlət başçımıza istinadla daha sonra vurğulanır ki, Azərbaycan hazırda 14 ölkəyə qaz tədarük edir, onlardan 11-i müntəzəmdir. Bu il daha iki Avropa ölkəsi də bu sıraya əlavə olunacaq və ümumilikdə onların sayı 16 olacaq və bu, boru kəməri ilə qaz tədarükü baxımından ən böyük rəqəmdir.

Sayt yazır ki, dünyada Azərbaycandan başqa heç bir dövlət bu qədər ölkəyə boru kəməri qazı vermir.

“Ötən il Azərbaycan qazının ixracı 25 milyard kubmetrdən çox olub, artım potensialı var.

Məqalədə yazılır ki, Azərbaycan “Azəri-Çıraq-Günəşli” yatağının dərinsulu hissəsindən yeni qaz hasilatı proqnozlaşdırıb. Bu yataqdan çoxlu neft çıxarılır, lakin o, həm də böyük dərinlikdə yerləşən böyük qaz ehtiyatlarına malikdir, ona görə də onu dərin su qazı adlandırırlar. Növbəti illərdə əlavə qaz həcmlərini təmin edəcək “Şahdəniz kompressiyası” adlanan yeni mərhələyə qədəm qoyulacağı gözlənilir.

“Digər perspektivli yataq çox böyük və əhəmiyyətli potensiala malik “Babək” yatağıdır və ona investisiya qoymaqda maraqlı olan bir sıra şirkətlər var. Hazırda hasilatın birinci mərhələsindədir və biz hasil olunan qazı yerli istehlak üçün alırıq. Abşeronun ikinci fazası Azərbaycana indikindən bəlkə də üç dəfə çox qaz verəcək. Beləliklə, bazarlar üçün daha çox qaz olacaq” – sayt yazıb.

Məqalədə Prezident İlham Əliyevin Azərbaycanın enerji siyasətinə dair bir çox fikirləri də yer alıb.

Moldova mediası Prezident İlham Əliyevin yerli telekanallara verdiyi müsahibəsini işıqlandırıb


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv