Şamaxı Dövlət Regional Kollecinə yeni təyinat olub

Şamaxı Dövlət Regional Kollecinə yeni təyinat olub






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, #Şamaxı, #Təhsil, #Vəzifə, #Yeni təyinat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şamaxı Dövlət Regional Kollecinə direktor müavini vəzifəsinə təyinat olub.

presstvaz xəbər verir ki, təyinat Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi sədrinin müvafiq əmrinə əsasən baş tutub.

Sözügedən vəzifəyə Vasif Müslümov təyin olunub. Ona, həmçinin direktor vəzifəsinin icrası həvalə edilib.

Yeni təyinatla bağlı kollecdə keçirilən təqdimat mərasimində agentliyin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov Vasif Müslümovu kollektivə təqdim edib.

Vasif Müslümov ali təhsilini Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat və kibernetika ixtisası üzrə alıb. Əmək fəaliyyətinə 1994-cü ildə Azərbaycan Dillər Universitetində müəllim kimi başlayıb, daha sonra həmin universitetdə müəllim, baş müəllim, dekan müavini və kafedra müdiri vəzifələrində çalışıb. 2010-2025-ci illərdə Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə ekspert kimi fəaliyyət göstərib. Vasif Müslümov fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosentdir və 52 elmi-metodiki əsərin müəllifidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv