Verilən sözə xəyanət, dayandırılan istintaq: Bastrıkin həqiqəti ört-basdır etdi?

Verilən sözə xəyanət, dayandırılan istintaq: Bastrıkin həqiqəti ört-basdır etdi?






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Ceyhun Bayramov, #Cinayət işi, #Hadisə, #İlham Əliyev, #Kamran Əliyev, #Mətbuat konfransı, #Qroznı, #Rusiya, #təyyarə, #Vladimir Putin, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya “Telegram” kanallarında Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin adından Azərbaycanın Baş prokuroru Kamran Əliyevə ünvanlanmış məktub yayılıb. İlk baxışda müəyyən şübhələr doğuran bu “Telegram” kanalları və məktubu 2025-ci ilin yekunlarına dair mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramovun səsləndirdiyi fikirləri təsdiqləyir.

Belə ki, Bayramov onlara Rusiya tərəfinin AZAL-a məxsus mülki təyyarə ilə bağlı açılmış cinayət işinə xitam verməyə hazırlaşdığı barədə məlumat daxil olduğunu bildirmişdi.

Rusiyanın Qroznı səması üzərində vurulan AZAL-a məxsus mülki təyyarə ilə bağlı açılmış cinayət işinə xitam verməsi artıq sıradan istintaq qərarı deyil. Bu, dövlət səviyyəsində verilmiş sözün pozulması, institusional məsuliyyətsizlik və Azərbaycana qarşı açıq siyasi hörmətsizliyin bariz nümunəsidir.

Bu qərar təkcə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin imzası ilə bağlanan bir dosye deyil. Bu eyni zamanda Rusiya Prezidenti Vladimir Putinin Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevə verdiyi sözün üstündən xətt çəkməsidir.

Prezident Vladimir Putin Düşənbədə Prezident İlham Əliyevlə görüşü zamanı Qroznı üzərində baş verən insidentin obyektiv, şəffaf və ədalətli şəkildə araşdırılacağına dair şəxsi zəmanət vermişdi. Bu, diplomatik protokol baxımından, sadəcə ifadə deyil, iki dövlət başçısı arasında siyasi öhdəlikdir. Lakin nəticə ortadadır. İstintaq şəffaf aparılmadı, Azərbaycan ictimaiyyətinə və rəsmi qurumlara dolğun məlumat verilmədi, məsul şəxslər müəyyən edilmədi, sonda isə cinayət işi tamamilə bağlandı. Bu, artıq texniki gecikmə deyil. Bu, verilən sözə xəyanətdir.

Bu mərhələdə Rusiya Prezidenti Putinin susması təsadüfi sayıla bilməz. Rusiya prezidentinin nə istintaqın dayandırılmasına reaksiya verməməsi, nə Bastrıkinin qərarına münasibət bildirməməsi, nə də Azərbaycan tərəfinin narahatlıqlarına cavab verməməsi bir şeyi göstərir: bu qərar Kremlin siyasi iradəsindən kənarda deyil. Beləliklə, məsuliyyət təkcə Bastrıkinin deyil.

Aleksandr Bastrıkin bu prosesdə icraçı fiqurdur. Onun rəhbərlik etdiyi Rusiya İstintaq Komitəsi artıq uzun illərdir ki, hüquqi obyektivlikdən çox Kremlin həssas məsələlərdə müdafiə mexanizmi rolunu oynayır. AZAL təyyarəsi ilə bağlı cinayət işinin bağlanması göstərdi ki, Kreml üçün hərbi strukturlar toxunulmaz, mülki itkilər isə “texniki detal” sayılır. Buna görə də Azərbaycan tərəfinin hüquqi tələbləri nəzərə alınmır. Bastrıkin bu qərarla bir daha sübut etdi ki, onun üçün istintaqın məqsədi həqiqəti tapmaq yox, həqiqəti özləri üçün təhlükəsiz zonaya çıxarmaqdır.

Azərbaycanla bağlı məsələlərdə Rusiya istintaq sisteminin yanaşması artıq istisna yox, qaydaya çevrilib. Mülki Azərbaycan təyyarəsinin vurulması kimi ağır hadisədə belə beynəlxalq hüquq işləmədi, dövlətlərarası etimad nəzərə alınmadı. Bu, artıq sadəcə, qərəz deyil. Bu, siyasi məsuliyyətsizlikdir. Bu hadisə Rusiyanın ənənəvi siyasi davranış modelinin eynisidir. Əvvəl inkar, sonra qeyri-müəyyənlik, ardınca siyasi müdafiə, sonda isə faktın yox sayılması. Bu ssenarinin arxasında yenə eyni adlar, eyni yanaşma və eyni susqunluq dayanır.

Bir daha açıq aşkar qeyd edək ki, Qroznı üzərində vurulan AZAL təyyarəsi ilə bağlı cinayət işinin bağlanması Bastrıkinin hüquqi məsuliyyətdən qaçışıdır, Putinin verdiyi sözün yerinə yetirilməməsidir. Azərbaycan üçün isə təhlükəli presedent, beynəlxalq hüquqa açıq hörmətsizlikdir. Bəli, cinayət işi kağız üzərində bağlana bilər. Amma verilmiş sözün pozulması tarixdə qalır və bu dəfə məsuliyyət təkcə A.Bastrıkinin deyil, V.Putinin də üzərindədir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv