Şizofreniyadan qoruyan beyin hüceyrələri yaradılıb

Şizofreniyadan qoruyan beyin hüceyrələri yaradılıb






presstv

"Presstv"az #Araşdırma, #Audi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsveçin Lund Universitetinin alimləri əlavə beyin hüceyrələrini şizofreniya və epilepsiya zamanı adətən zəifləmiş tormozlayıcı sistemin əsas elementlərinə çevirməyə nail olublar.

presstvaz xəbər verir ki, araşdırmanın nəticələri “Science Advances” jurnalında dərc olunub.

Söhbət parvalbumin neyronlarından gedir. Bu hüceyrələr beyində həyəcan və tormozlanma balansının qorunmasında mühüm rol oynayır. Onlar neyron şəbəkələrində həddindən artıq aktivliyin qarşısını sürətlə alır, beynin koordinasiyalı və ritmik fəaliyyətini təmin edirlər. Bu neyronların fəaliyyətinin pozulması və ya sayının azalması şizofreniya, epilepsiya və digər nevroloji xəstəliklərin inkişafı ilə əlaqələndirilir.

Əsas çətinlik ondan ibarətdir ki, parvalbumin neyronları rüşeym dövründə beynin inkişafının daha gec mərhələlərində formalaşır. Bu səbəbdən onların laboratoriya şəraitində, o cümlədən kök hüceyrələrdən istifadə etməklə əldə edilməsi olduqca çətindir.

İsveçli alimlər bu problemin həlli üçün alternativ yanaşma təklif ediblər – qlial hüceyrələrin birbaşa yenidən proqramlaşdırılması. Qlial hüceyrələr normalda neyronların qidalanması, qorunması və beyin toxumasının strukturunun saxlanılması kimi dəstək funksiyalarını yerinə yetirir.

Yeni metod glial hüceyrələrin “taleyini” dəyişən xüsusi genlər dəstinin aktivləşdirilməsinə əsaslanır. Bu genlər hüceyrənin parvalbumin neyronuna çevrilməsini təmin edir. Beləliklə, kök hüceyrə mərhələsi ötürülür və proses xeyli sürətlənir.

Tədqiqatın rəhbəri Rylander Ottosson bildirib:

“Xüsusi genləri aktivləşdirməklə biz kök hüceyrələrdən istifadə etmədən glial hüceyrələri parvalbumin neyronlarına çevirməyə nail oluruq. Ümid edirik ki, aşkar etdiyimiz yeni genlər vasitəsilə bu metodu daha da təkmilləşdirəcəyik”.

Alimlərin fikrincə, bu üsul yaxın gələcəkdə şizofreniya və epilepsiyanın mexanizmlərini öyrənmək üçün xəstələrdən götürülmüş hüceyrələr əsasında laboratoriya modellərinin yaradılmasına imkan verəcək. Daha uzunmüddətli perspektivdə isə itirilmiş və ya zədələnmiş neyronların birbaşa beyində əvəzlənməsinə yönəlmiş hüceyrə terapiyasının əsasını təşkil edə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv