“Hobbit” və “Qarışqa adam” filmlərinin ulduzu idrak geriləməsi yaşayır

“Hobbit” və “Qarışqa adam” filmlərinin ulduzu idrak geriləməsi yaşayır






presstv

"Presstv"az #Audi, #Hadisə, #Həkim, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Aktrisa Evangeline Lilli ciddi sağlamlıq problemlərini açıqlayıb.

presstvaz xəbər verir ki, kino ulduzu sosial mediada yayımladığı videomesajda 2025-ci ilin may ayında baş verən bədbəxt hadisə zamanı aldığı beyin zədəsinin nəticələrindən əziyyət çəkdiyini bildirib.

Lillinin sözlərinə görə, son tibbi müayinələr beynin demək olar ki, bütün hissələrində fəaliyyət azalmasını göstərib. Zədə aktrisanın çimərlikdə huşunu itirməsi və başının qayaya dəyməsi nəticəsində yaranıb.

Hazırda onda idrak geriləməsi əlamətləri müşahidə olunur, lakin kino ulduzu sağalması üçün həkimlərlə sıx əməkdaşlıq etməyi planlaşdırır.

Xatırladaq ki, Lilli Peter Ceksonun “Hobbit” trilogiyasındakı elf Tauriel rolu ilə geniş şöhrət qazanıb. Onun ən son işi “Qarışqa Adam və Arı: Kvantumaniya” filmi olub. Filmin yayımlanmasından sonra Lilli karyerasına fasilə verdiyini elan edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv