Leyla Əliyeva Maskatda Oman Milli Muzeyində və Mutrah bazarında olub

Leyla Əliyeva Maskatda Oman Milli Muzeyində və Mutrah bazarında olub






presstv

"Presstv"az #Audi, #Avropa, #Çin, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #Hindistan, #Leyla Əliyeva, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Oman Sultanlığının paytaxtı Maskat şəhərində Oman Milli Muzeyində və Mutrah bazarında olub.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, Leyla Əliyeva əvvəlcə Oman Milli Muzeyini ziyarət edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti burada müxtəlif guşələri gəzib, nümayiş etdirilən eksponatlarla tanış olub, onların tarixi haqqında ətraflı məlumat alıb.

Bu Muzey Omanın tarixi və mədəni irsini əks etdirən əsas mərkəzlərdən biridir.

Rəsmi olaraq 2016-cı ildə fəaliyyətə başlayan muzeydə arxeologiya, dənizçilik, silahşünaslıq, etnoqrafiya, İslam mədəniyyəti və s. üzrə zəngin kolleksiyalar nümayiş etdirilir. Burada hər biri Omanın mədəni irsinin fərqli aspektlərini əhatə edən 14 daimi qalereya mövcuddur, həmçinin müvəqqəti sərgilər üçün əlavə sahələr ayrılıb.

7000-dən çox əşyanın qorunub saxlanıldığı muzeydə rəqəmsal immersiv təcrübə qurğuları, kinoteatr və uşaqlar üçün kəşf sahələri var. Yaxın Şərqdə görmə qabiliyyəti zəif olanlar üçün ərəb Brayl əlifbası ilk dəfə burada tətbiq edilib.

Memarlıq həlli milli ənənələrlə müasir üslubun vəhdətini əks etdirən Oman Milli Muzeyi həm yerli əhali, həm də xarici turistlər üçün mühüm maarifləndirici platforma rolunu oynayır.

Muzeylə tanışlıqdan sonra Leyla Əliyevaya hədiyyə təqdim olunub, xatirə şəkli çəkdirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sonra Mutrah bazarında olub, burada satılan əşyalara baxıb, satıcılarla səmimi söhbət edib.

Qeyd edək ki, bu, ərəb dünyasının ən qədim və məşhur bazarlarından biridir. Tarixi bir neçə yüz il əvvələ gedib çıxan bu bazar Hindistan, Çin, Avropa və Yaxın Şərq ölkələrindən Maskat limanına gələn mallar üçün ticarət mərkəzi olub.

Mutrah bazarı dar, üstüörtülü küçələri və ərəb memarlığı ilə seçilir.

Bazarda ənənəvi tekstil, geyim, zərgərlik məmulatları, suvenirlər, ədviyyatlar, buxur, o cümlədən Omani buxuru, ətirlər, əl işləri ilə yanaşı, meyvə, tərəvəz, müalicəvi otlar və digər yerli məhsullar satılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv