Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Omanda səfərdədir

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Omanda səfərdədir






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycanın tarixi abidələri, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #Leyla Əliyeva, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Oman Sultanlığı Hökumətinin dəvəti ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu ölkədə səfərdədir.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, Maskat Beynəlxalq Aeroportunda Leyla Əliyevanı Omanın turizm və mədəni irs nazirinin müşaviri Azzan Al Busaidi qarşılayıb.

Səfər çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Oman Sultanlığının turizm və mədəni irs naziri Salim bin Məhəmməd Al Mahruqi ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Oman arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb, xüsusilə turizm və mədəni irs sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Leyla Əliyeva bu cür görüşlərin Azərbaycan-Oman münasibətlərinin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Leyla Əliyeva Azərbaycanın zəngin tarixi-mədəni irsi, turizm potensialı, o cümlədən sağlamlıq, ekoturizm, mədəni və qış turizmi imkanları barədə ətraflı məlumat verib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Azərbaycanın tarixi abidələrinin qorunması, bərpası və UNESCO çərçivəsində həyata keçirilən layihələr barədə danışaraq, bu sahələrdə Omanla təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətinə toxunub.

Söhbət zamanı iki ölkə arasında turist axınının artırılması, turizm qurumları və özəl sektor arasında birbaşa əlaqələrin qurulması, birgə layihələrin və tanıtım tədbirlərinin təşkili məsələləri barədə fikir mübadiləsi aparılıb.

Salim bin Məhəmməd Al Mahruqi Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirərək, mədəni irsin qorunması və turizmin dayanıqlı inkişafı sahələrində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Nazir Azərbaycanın Oman turistləri üçün cəlbedici istiqamət olduğunu qeyd edərək, qarşılıqlı səfərlərin və rəsmi nümayəndə heyətləri arasında təmasların fəallaşdırılmasını müsbət qiymətləndirib.

Görüşdə gələcəkdə turizm sərgilərində birgə iştirak, media və tanıtım səfərlərinin təşkili, eləcə də mədəni tədbirlər vasitəsilə xalqlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi barədə razılıq əldə olunub.

Leyla Əliyeva sosial şəbəkə hesabında səfərlə bağlı paylaşım edib:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv