"İran ballistik raket istehsalını bərpa edir"

"İran ballistik raket istehsalını bərpa edir"






presstv

"Presstv"az #ABŞ, #Ballistik raket, #Benyamin Netanyahu, #Donald Tramp, #İran, #İsrail, #Münaqişə, #Qətər, #Tehran, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İran ballistik raket istehsalını bərpa edir.

presstvaz-ın məlumatına görə, İsrailin Baş naziri Benyamin Netanyahu bunu "Fox News"un efirində bildirib.

İsrail hökumətinin başçısı İslam Respublikasının ballistik raket və nüvə proqramı imkanlarını bərpa etməkdə nə qədər irəliləyiş əldə etdiyini təxmin etməsi ilə bağlı suala cavab verib.

"Biz onları hər iki sahədə əhəmiyyətli dərəcədə geri atmışıq, amma onlar çalışacaqlar", – o bildirib. Netanyahu qeyd edib ki, Fordodakı İran nüvə obyekti məhv edildikdən sonra Tehran nüvə proqramını başqa yerlərdə yenidən qurmağa çalışır.

"Onlar həmçinin ballistik raket istehsalı obyektlərini yenidən qurmağa çalışırlar", – Baş nazir bildirib və Tehranın "istehsala qayıtdığını" əlavə edib.

13 iyun gecəsi İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Respublika cavab hücumuna başlayıb. ABŞ 22 iyunda münaqişəyə qoşularaq İranın İsfahan, Natanze və Fordodakı nüvə obyektlərinə zərbələr endirib. Növbəti gün İran Yaxın Şərqdəki ən böyük Amerika hava bazası olan Qətərdəki Əl-Udeyd hava bazasına hücum edib. Bundan sonra ABŞ Prezidenti Donald Tramp İsrail və İranın 24 iyunda qüvvəyə minən atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. /"Report"


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv