"Tofaş"ın istehsalı dayandırılır

"Tofaş"ın istehsalı dayandırılır






presstv

"Presstv"az #Almaniya, #Avto, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Almaniyada olduğu kimi, Türkiyədə də avtomobil sənayesində istehsala fasilə xəbəri yayılıb.

presstvaz xəbər verir ki, Tofaş Türk Otomobil Fabrikası A.Ş Bursa şəhərində yerləşən istehsal müəssisəsində istehsalı müvəqqəti dayandıracaq. Şirkətin açıqlamasına görə, il sonu inventar sayımı və planlı texniki baxım işləri ilə əlaqədar 2-11 yanvar 2026-cı il tarixlərində istehsal prosesi tamamilə dayandırılacaq. Zavodda istehsalın 12 yanvar 2026-cı il, bazar ertəsi günü bərpa olunacağı bildirilib.

Məlumat Kamuyu Aydınlatma Platformuna (KAP) təqdim olunan rəsmi açıqlamada yer alıb.

Açıqlamada qeyd olunub ki, fasilə istehsal xətlərində aparılacaq texniki işlərin təhlükəsiz və səmərəli şəkildə icrası məqsədi daşıyır.

Qeyd edək ki, Tofaş-da istehsala fasilə qərarı fonunda müəssisədə əmək mübahisəsi də davam edir. Türk Metal Həmkarlar İttifaqı işçilər üçün 20 faiz əməkhaqqı artımı və 35 lirəlik əlavə yaxşılaşdırma tələb edib. İşəgötürənləri təmsil edən MESS isə 5 faiz artım və 11,50 lirəlik təklif irəli sürüb. Tərəflər arasında razılıq əldə olunmadığı üçün işçilər fabrik daxilində etiraz aksiyalarına başlayıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv