Metronun “Ulduz” stansiyasının yaxınlığında yol təmiri nə vaxt yekunlaşacaq?

Metronun “Ulduz” stansiyasının yaxınlığında yol təmiri nə vaxt yekunlaşacaq?






presstv

"Presstv"az #Audi, #Avto, #avtomobillər, #Bakı, #Heydər Əliyev, #Nəqliyyat, #Nərimanov rayonu, #Təmir işləri, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakının Nərimanov rayonu, Rövşən Əliyev küçəsində yol bir neçə müddətdir bərbad vəziyyətdədir. Sakinlərin sözlərinə görə, ərazidə təmir işləri aparılsa da, nə vətəndaşların rahat hərəkəti təmin edilib, nə də proses yekunlaşır.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, metronun “Ulduz” stansiyasının yaxınlığında aparılan işlər avtomobillərin də hərəkətinə mane olur.

Həmçinin Rövşən Əliyev küçəsi ilə Heydər Əliyev prospektini birləşdirən yolun qarşısında qazılan quyu həmin yolu avtomobillər üçün tam bağlayıb.

Qeyd olunub ki, kommunal xətlərin yenilənməsi ilə əlaqədar qazıntı işləri 3 aydır davam edir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, qeydolunan ünvanda yol infrastrukturunun yenilənməsi işləri həyata keçirilir. Bu səbəblə bütün kommunikasiya xətləri, həmçinin su və tullantı su xətləri də yenilənir.

Sakinlərin sözlərinə görə, yolun bərpası işlərinə isə avqust ayından başlanılıb. Bəs sözügedən layihə nə vaxt yekunlaşacaq?

Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun tənzimlənməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq Akademik Həsən Əliyev küçəsi – “Koroğlu” metro stansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər olan hissəsinin tikintisi sürətlə davam etdirilir. Yeni avtomobil yolu Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilib və hazırda inşası davam etdirilir. Layihənin 2026-cı ildə yekunlaşdırılması nəzərdə tutulur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv