Rusiya öz vətəndaşlarını Almaniyaya səfərlərdən çəkinməyə çağırıb

Rusiya öz vətəndaşlarını Almaniyaya səfərlərdən çəkinməyə çağırıb






presstv

"Presstv"az #Ailə, #Almaniya, #Audi, #Futbol, #Hadisə, #Rusiya, #Rusiya XİN, #Sankt-Peterburq, #Xarici İşlər Nazirliyi (XİN)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarını kəskin zərurət olmadığı halda Almaniyaya səfər etməkdən çəkinməyə çağırıb.

presstvaz “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı açıqlama verib.

Onun sözlərinə görə, müvafiq tövsiyələr nazirliyin və Rusiyanın xaricdəki diplomatik nümayəndəliklərinin rəsmi resurslarında dərc olunub:

“Bu tövsiyələr Almaniyaya ezam olunan jurnalist korpusunun nümayəndələri üçün də faydalı ola bilər, çünki müəyyən problemlər mövcuddur”.

Mariya Zaxarova bu açıqlamanı Almaniyada Rusiya vətəndaşları ilə bağlı baş verən insidentlər fonunda verdiyini bildirib.

Xüsusilə, o, Sankt-Peterburqun “Zenit” futbol klubunun baş məşqçisi Sergey Semak və onun həyat yoldaşı ilə bağlı hadisəni xatırladıb.

Belə ki, dekabrın əvvəlində Anna Semak Münhen hava limanında “tax-free” prosedurundan keçərkən saxlanıldıqlarını, 300 avrodan baha olan alış-verişlərinin müsadirə edildiyini və nəticədə ailənin öz reysinə gecikdiyini açıqlamışdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv