“Haber Global” Bakıda təşkil olunan forumdan reportaj hazırladı: “Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb”

“Haber Global” Bakıda təşkil olunan forumdan reportaj hazırladı: “Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Dollar, #Əli Əsədov, #Haber Global, #Müharibə, #Orta Dəhliz, #Rusiya, #Rusiya-Ukrayna müharibəsi, #Türkiyə, #Ukrayna, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin “Haber Global” telekanalında bu gün Bakıda keçirilən 2-ci Azərbaycan-Türkiyə İnvestisiya Forumundan reportaj yayımlanıb.

presstvaz xəbər verir ki, telekanal tədbirə Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın da qatıldıqlarını xatırladıb.

Bildirilib ki, indiyə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyarddan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına təqribən 18 milyard dollar sərmayə qoyub.

Qeyd olunub ki, Türkiyə şirkətləri işğaldan azad olunmuş ərazilərdəki layihələrin icrasına fəal şəkildə cəlb ediliblər.

Telekanal Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın forumda çıxışına da diqqət ayırıb.

“Rusiya-Ukrayna müharibəsi səbəbi ilə Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb. Bu mənada Orta Dəhlizin ən mühüm komponentlərindən biri olan Azərbaycanla bu sahədə əməkdaşlığımızı davam etdiririk”, – deyə Türkiyə rəsmisi bildirib.

Daha ətraflı “Haber Global”ın reportajında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv