İngiltərədə QALMAQAL: Ölmüş nənəni təyyarəyə mindirdilər, “yatır” dedilər

İngiltərədə QALMAQAL: Ölmüş nənəni təyyarəyə mindirdilər, “yatır” dedilər






presstv

"Presstv"az #Ailə, #Audi, #İngiltərə, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İngiltərədə bir ailənin vəfat etmiş nənəni “yatır” deyərək təyyarəyə mindirdiyi iddia olunur.

presstvaz “Metro” nəşrinə istinadən xəbər verir ki, sərnişinlərin sözlərinə görə, qadın beş qohumunun müşayiəti ilə səyahət edirmiş. Şahidlər iddia edirlər ki, minikdən əvvəl ailə üzvləri yerüstü xidmət personalına yaşlı qadının sadəcə “yorulduğunu” və “yatdığını” bildiriblər.

Təyyarə uçuş-enmə zolağına doğru hərəkət etməyə başlasa da, ekipaj sərnişinin vəfat etdiyindən şübhələnib, uçuş dayandırılıb. Reys ləğv edilib və qadının cəsədi təyyarədən çıxarılıb.

“EasyJet” aviaşirkəti vəfat etmiş şəxsin təyyarəyə buraxılması ilə bağlı ittihamları təkzib edib. Daşıyıcının rəsmi açıqlamasında bildirilib ki, qadın minik zamanı sağ olub.

Açıqlamada vurğulanıb ki, yalnız təyyarəyə mindikdən sonra sərnişinə tibbi yardım lazım olub və təəssüf ki, o, dünyasını dəyişib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv