İmran Xan və həyat yoldaşı Büşra Bibiyə HÖKM OXUNDU

İmran Xan və həyat yoldaşı Büşra Bibiyə HÖKM OXUNDU






presstv

"Presstv"az #Ali Məhkəmə, #Audi, #Fırıldaqçılıq, #Hakim, #Məhkum, #Pakistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Pakistan Korrupsiya Məhkəməsi ölkənin keçmiş baş naziri İmran Xan və onun həyat yoldaşı Büşra Bibini Toşaxan-2 korrupsiya işi üzrə hər birinə 17 il olmaqla həbs cəzasına məhkum edib.

Bu barədə presstvaz NDTV.com nəşrinə istinadən xəbər verir.

Məlumata görə, qərar cütlüyün 2021-ci ildə Səudiyyə hökumətindən aldığı dövlət hədiyyələri ilə bağlı olduğu iddia edilən fırıldaqçılıq işi üzrə verilib.

Xüsusi Məhkəmənin hakimi Şahrux Ərcümənd Ravalpindidəki Adiala ciddi rejimli həbsxanasında hökmü elan edib.

Xan və Büşra Pakistan Cinayət Məcəlləsinin 409-cu maddəsi (Etimaddan sui-istifadə) üzrə 10 il, Korrupsiyanın qarşısının alınması qanununun müxtəlif maddələri üzrə isə yeddi il müddətinə ciddi rejimli həbs cəzasına məhkum ediliblər.

Məhkəmə, həmçinin onların hər birinin üzərinə 16.4 milyon Pakistan rupisi məbləğində cərimə qoyub.

Xatırladaq ki, 2024-cü ilin iyul ayında qaldırılan iş üzrə, iddia edildiyinə görə, keçmiş həyat yoldaşları bahalı saatlar, eləcə də brilyant və qızıl zərgərlik dəstləri də daxil olmaqla qiymətli əşyaları Toşaxana – dövlət hədiyyələr saxlancına təhvil verməyiblər və satıblar.

2024-cü ilin oktyabr ayında İslamabad Ali Məhkəməsi Büşranı bu iş üzrə girov müqabilində azadlığa buraxıb, bir ay sonra isə Xan da eyni iş üzrə girov müqabilində azad edilib. Onlara qarşı ötən ilin dekabr ayında ittihamlar irəli sürülüb.

Yeri gəlmişkən, məhkəmə prosesi Xan və həyat yoldaşının bu ilin əvvəlində “Əl-Qadir” Fondu işi üzrə ittiham hökmü çıxarıldıqdan sonra cəzalarını çəkdikləri Adiala həbsxanasında davam edib.

Hər iki məhkum hökmlərindən Ali Məhkəməyə apellyasiya şikayəti verə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv