ABŞ-dən Suriyada əməliyyat: Beş İŞİD üzvü məhv edildi

ABŞ-dən Suriyada əməliyyat: Beş İŞİD üzvü məhv edildi






presstv

"Presstv"az #ABŞ, #Audi, #Suriya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Suriyanın şərqindəki Deyr-əz-Zor əyalətinə gecə endirdiyi zərbələr nəticəsində qruplaşma lideri də daxil olmaqla, ən azı beş İŞİD üzvü məhv edilib.

presstvaz-ın “Əl-Ərəbiyyə” nəşrinə istinadən xəbərinə görə, bu barədə Suriya İnsan Hüquqları Rəsədxanasından məlumat verilib.

Məlumata görə, məhv edilmiş qruplaşma bu ərazidə pilotsuz uçuş aparatlarının (PUA – dron) istismarına cavabdeh idi.

Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı Suriyada 70-dən çox hədəfə zərbə endirdiyini açıqlamışdı.

Pentaqon Suriyada 70-dən çox İŞİD obyektinə endirilən zərbələrin görüntülərini yayımlayıb.

Bu barədə presstvaz “RT” “Telegram” kanalına istinadən xəbər verir.

ABŞ Mərkəzi Komandanlığı bildirib ki, ABŞ və İordaniya qüvvələri 100-dən çox yüksək dəqiqlikli sursatlardan istifadə ediblər.

ABŞ “Hawkeye Strike” əməliyyatı çərçivəsində Suriyada “İslam dövləti” (İŞİD) mövqelərinə zərbələr endirib.

presstvaz-ın məlumatına görə, bu barədə Pentaqon rəhbəri Pit Heqset bildirib.

Əməliyyat dekabrın 13-də Palmira rayonunda Suriya-Amerika patrul xidmətinə qarşı törədilmiş hücuma cavab olub. Hücum zamanı üç nəfər – iki əsgər və bir tərcüməçi həlak olub. Birləşmiş Ştatların məqsədi İŞİD döyüşçülərini, infrastrukturunu və silah anbarlarını məhv etmək olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv