“Global Media Group” “Geridönüş – Təmiz dünya” ekoloji təşəbbüsünü həyata keçirir

“Global Media Group” “Geridönüş – Təmiz dünya” ekoloji təşəbbüsünü həyata keçirir






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Sosial şəbəkələr, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Global Media Group” olaraq korporativ sosial məsuliyyət strategiyamız çərçivəsində ekoloji təşəbbüslərimizi davam etdiririk. Bu dəfə isə daha öncədən də həyata keçirdiyimiz “Geridönüş – Təmiz dünya” təşəbbüsümüz əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə qoşulduq.

presstvaz xəbər verir ki, layihə çərçivəsində “Global Media Group”a daxil olan şirkətlərdə istifadə olunmuş birdəfəlik batareyalar və printer kartricləri könüllü şəkildə toplanaraq müvafiq qaydada təhvil verilib. Bu təşəbbüs tullantıların ətraf mühitə mənfi təsirinin azaldılmasına, təkrar emal proseslərinin təşviqinə və ekoloji məsuliyyətin artırılmasına xidmət edir.

Qeyd edək ki, “Global Media Group” və tərkibinə daxil olan şirkətlər üçün ətraf mühitin mühafizəsi və ekoloji maarifləndirmə korporativ sosial məsuliyyət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə tullantıların düzgün idarəolunması, məsuliyyətli ekoloji davranışın formalaşdırılması və dayanıqlı inkişaf prinsiplərinin təşviqinə yönəlmiş müxtəlif layihələr ardıcıl şəkildə icra olunur.

“Global Media Group”un Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Laura Seyidbəyova bildirib ki, ətraf mühitin mühafizəsi və ekoloji məsuliyyət şirkətin korporativ dəyərlərinin ayrılmaz hissəsidir və bu istiqamətdə həyata keçirilən təşəbbüslər dayanıqlı inkişaf prinsiplərinə xidmət edir.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev isə qeyd edib ki, ictimai və korporativ strukturların bu kimi layihələrə qoşulması ekoloji maarifləndirmənin əhatə dairəsinin genişlənməsinə, eləcə də dayanıqlı davranış modellərinin formalaşmasına mühüm töhfə verir.

Eyni zamanda, vurğulanıb ki, “Global Media Group” Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə indiyədək bir sıra ekoloji layihələri uğurla həyata keçirib və bu sahədə formalaşmış məhsuldar əməkdaşlığın gələcəkdə də davam etdirilməsi vacibdir.

Azərbaycanın ən böyük media şirkətlər qrupundan biri olan “Global Media Group” 2017-ci ildən fəaliyyətə başlayıb. “Global Media Group”a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir.

“Global Media Group” haqqında daha ətraflı məlumat əldə etmək üçün http://www.gmg.az/ saytına və ya şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (“Facebook” | “Instagram” | “LinkedIn”) müraciət edə bilərsiniz.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv