Ağ Evdə keçmiş prezidentlərin portretlərinin altına istehzalı sözlər olan lövhələr asılıb

Ağ Evdə keçmiş prezidentlərin portretlərinin altına istehzalı sözlər olan lövhələr asılıb






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Ailə, #Audi, #Avto, #Barak Obama, #Co Bayden

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ağ Evdə keçmiş ABŞ prezidentlərinə istehza edilən lövhələr asılıb.

presstvaz xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt “NBC” telekanalına müsahibəsində məlumat verib.

“Co Baydenin (keçmiş prezident – red.) portretini əvəz edən avtoqələmin altındakı yazıda o, “Yuxulu Co Bayden” adlandırılır və “ABŞ tarixinin ən pis prezidenti” kimi təqdim edilir”, – deyə telekanalın məlumatında bildirilib.

Portretin altındakı mətndə həmçinin keçmiş prezidentin “ciddi zehni geriləməsi”, “cinayətkar ailəsi” və Baydenin “radikal solçu kuratorları” haqqında şərhlər də yer alır.

Bill Klintonun lövhəsində qeyd edilib ki, Tramp 2016-cı il prezident seçkisində onun həyat yoldaşı Hillari Klintonu məğlub edib. Barak Obamanın portretinin altındakı təsvirdə o, “ABŞ tarixinin ən təzadlı şəxsiyyətlərindən biri” kimi xarakterizə edilir.

Telekanalın məlumatına görə, Ağ Evin qərb qanadındakı “Prezident şöhrət xiyabanı”nda keçmiş ABŞ liderlərinin hər birinin portretinin altında oxşar təsvirlər yer alıb. Tramp öz fotoşəklinin altında ilk prezidentlik müddətində (2017-2021) və 2025-ci ildə ikinci müddətinin əvvəlində qazandığı nailiyyətləri sadalayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv