İldə bir dəfə hansı tibbi müayinələrdən keçməliyik?

İldə bir dəfə hansı tibbi müayinələrdən keçməliyik?






presstv

"Presstv"az #Audi, #Həkim, #Səhiyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Profilaktik məqsədlə hər bir fərdin ildə ən azı bir dəfə terapevt müayinəsindən keçməsi tövsiyə olunur”.

presstvaz xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun terapevti Vüsalə Məmmədova açıqlayıb.

İldə bir dəfə hansı tibbi müayinələrdən keçməliyik?

Onun sözlərinə görə, bu müayinə çərçivəsində ümumi qan və sidik analizləri, arterial təzyiqin ölçülməsi, qanda qlükoza səviyyəsinin yoxlanılması, lipid profili, bədən kütlə indeksinin hesablanması aparılmalıdır:

“Yaşdan və risk faktorlarından asılı olaraq, elektrokardioqrafiya, qaraciyər və böyrək funksional testləri, həmçinin göz və diş müayinələri məsləhət görülür. Qadınlarda ginekoloji, kişilərdə uroloji profilaktik müayinələr mütləqdir. Əslində özümüzü yaxşı hiss etsək belə, bəzi xəstəliklər illərlə simptomsuz gedə bilər. Ona görə də ildə bir dəfə ümumi yoxlanışdan keçmək məsləhətdir”.

V.Məmmədova bildirib ki, bəzən bir çox xəstəliklərin əlamətləri nəzərə çarpmadığından artıq son həddə çatanda həkimə müraciət edilir:

“Bu isə çətin olmaqla yanaşı, həm də gecikməyə səbəb olur. Elə buna görə də xəstəlik getdikcə irəliləyir və sağalma ehtimalı azalır. Buna görə də müayinələrdən vaxtlı-vaxtında keçmək çox əhəmiyyətlidir”.

Terapevt vurğulayıb ki, müayinələrdən əvvəl əməl edilməli olan bəzi göstərişlər də var:

“Xəstələr müayinəyə acqarına gəlməlidirlər, çünki onu müayinə edəndə, hansısa bir şikayətə uyğun analiz tələb oluna bilər. Öd kisəsi, öd yolları və mədəaltı vəzin acqarına müayinəsi daha rahatdır. Xəstə qidalanıb müayinəyə gələndə bəzi detallar sonoqrafik müayinədə gözdən qaça bilər”.

V.Məmmədova sonda qeyd edib ki, vaxtında müayinədən keçmək orqanizmin müdafiə gücünü də artırır:

“Hazırda sağlamlığa nəzarətin əsas sınanmış üsulu vaxtaşırı profilaktik yoxlanışlardan keçib, həkimin verdiyi təlimatları yerinə yetirməkdir. Zamanında edilən tibbi müdaxilə xəstənin xilasına səbəb olur”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv