Mütəxəssis: “Ağrıkəsicilərin nəzarətsiz istifadəsi müxtəlif orqan və sistemlərə ciddi mənfi təsirlər göstərə bilər”

Mütəxəssis: “Ağrıkəsicilərin nəzarətsiz istifadəsi müxtəlif orqan və sistemlərə ciddi mənfi təsirlər göstərə bilər”






presstv

"Presstv"az #Audi, #Həkim, #Həkim məsləhəti, #Səhiyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ağrıkəsici preparatların uzunmüddətli və nəzarətsiz istifadəsi müxtəlif orqan və sistemlərə ciddi mənfi təsirlər göstərə bilər”.

presstvaz xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun terapevti Vüsalə Məmmədova söyləyib.Mütəxəssis: Ağrıkəsicilərin nəzarətsiz istifadəsi müxtəlif orqan və sistemlərə ciddi mənfi təsirlər göstərə bilər

Onun sözlərinə görə, bu preparatlar əsasən simptomatik təsir göstərir və ağrının əsas səbəbini aradan qaldırmır:

“Qeyri-steroid iltihabəleyhinə dərmanların (QSİƏD) tez-tez qəbulu mədə və onikibarmaq bağırsaqda qastrit, xora və qanaxma riskini artırır. Eyni zamanda, bu preparatlar böyrək perfuziyasını azaldaraq xroniki böyrək çatışmazlığının inkişafına, arterial təzyiqin yüksəlməsinə və ürək-damar fəsadlarına səbəb ola bilər. Həkim məsləhəti ilə qısa müddət ərzində istifadə etdikdə ağrıkəsicilər faydalı sayılır. Amma uzun müddət, nəzarətsiz, səbəb araşdırılmadan qəbul edilərsə, sağlamlığa zərər verə bilər”.

V.Məmmədova bildirib ki, dərman dozasının aşılması və uzunmüddətli istifadəsi qaraciyərdə toksik zədələnməyə, ağır hallarda isə kəskin qaraciyər çatışmazlığına gətirib çıxara bilər:

“Mədəyə qıcıqlandırıcı təsir göstərir. Əgər xora varsa, qanama riski yaradır, qaraciyər və böyrək funksiyalarına neqativ təsir göstərir. Opioid tərkibli ağrıkəsicilər asılılıq, tənəffüsün ləngiməsi və psixoloji problemlər riski daşıyır. Ağrıkəsici ağrını kəsir, amma səbəbi müalicə etmir. Bundan əlavə, ağrıkəsicilərin tez-tez istifadəsi dərman mənşəli baş ağrısı sindromunun inkişafına səbəb ola bilər. Davamlı və ya təkrarlanan ağrılar zamanı mütləq şəkildə etioloji səbəb araşdırılmalı, müalicə həkim tərəfindən fərdi qaydada planlaşdırılmalıdır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv