Netanyahu Avstraliya hakimiyyətini sərt tənqid etdi

Netanyahu Avstraliya hakimiyyətini sərt tənqid etdi






presstv

"Presstv"az #Ailə, #Audi, #Avstraliya, #Başsağlığı, #Hadisə, #Hakim, #İsrail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsrailin Baş naziri Binyamin Netanyahu Avstraliya hakimiyyətini terrorizm və antisemitizmlə mübarizədə kifayət qədər tədbirlər görməməkdə ittiham edib.

presstvaz xəbər verir ki, bu barədə Baş nazirin ofisi rəsmi məlumat yayıb.

Xəbərə görə, İsrail lideri Sidneydə baş verən terror aktında zərərçəkən Avstraliya yəhudiləri ilə söhbətində belə fikirlər səsləndirib.

“Baş nazir bildirib ki, bu cinayətkar əməllər Avstraliya hökumətinin iradəsiz siyasəti fonunda geniş yayılmış antisemitizmin nəticəsidir. Onlar dərhal terrorizmi aradan qaldırmaq və yəhudi icmaları üçün təhlükəsizliyi bərpa etmək üçün bütün mövcud vasitələrdən istifadə etməlidirlər”, – deyə rəsmi məlumatda bildirilir.

Netanyahu İsrail dövlətinin Avstraliyadakı yəhudi icmasını dəstəklədiyini vurğulayıb. O, terror qurbanlarının ailələrinə başsağlığı verib və yaralılara tezliklə sağalmalarını arzulayıb.

Xatırladaq ki, dekabrın 14-də Sidney çimərliyində yəhudilərin Hanuka bayramının qeyd olunduğu yerdə terror aktı baş verib. Hadisə zamanı 16 nəfər ölüb, 40-dan çox sakin yaralanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv