Dostunu evinə çağırıb yeyib-içdilər, arağa görə burnunu sındırdı

Dostunu evinə çağırıb yeyib-içdilər, arağa görə burnunu sındırdı






presstv

"Presstv"az #Audi, #Bakı, #Cinayət işi, #Hadisə, #Hövsan qəsəbəsi, #plastik cərrah, #Suraxanı rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda sərxoş kişi spirtli içkiyə görə dostunun burnunu sındırıb.

presstvaz-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Kondisioner bağları” ərazisində baş verib. Belə ki, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elnar Qurbanov (soyadı şərtidir) sosial şəbəkədə Vahid adlı şəxslə tanış olub. Onlar sosial şəbəkədə bir müddət danışandan sonra aralarında dostluq münasibətləri yaranıb.

Bir gün Vahid Elnarı evinə qonaq dəvət edib. Lakin Elnar yolun uzaq olduğu üçün getmək istəməyib. Vahid təkid etsə də, dostu onlara gəlməkdən imtina edib. Nəticədə Vahid özü Elnargilə qonaq getmək qərarı verib. O, Elnarla danışıb və Elnar razılaşıb. Vahid Elnarın yaşadığı Hövsan qəsəbəsi, “Kondisioner bağları” ərazisindəki evinə gəlib. Dostlar bir litr spirtli içki qəbul etdikdən sonra Vahid daha bir litr araq almağı Elnardan xahiş edib. Elnar isə onun bu təklifini rədd edib və ondan evlərinə getməyi xahiş edib. Sərxoş vəziyyətdə olan Vahid çantasından pul çıxarıb araq almaq istəyərkən, Elnar həmin pulu onun əlindən alıb. Nəticədə dostlar arasında dava düşüb. Dava zamanı Elnar stoldakı boş araq şüşəsi ilə Vahidin baş və sifət nahiyələrinə zərbələr endirib. Hadisə nəticəsində Elnarın alın sümüyü və burnu sınıb.

Hadisə yerinə polis əməkdaşları gəliblər, Elnar saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb və E.Qurbanov barədə həbs qətimkan tədbiri seçilib.

Cinayət işinin istintaqı yekunlaşaraq Suraxanı Rayon Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı zamanı Vahid dəymiş ziyana görə Elnardan dörd min manat təzminat istəyib. O, bildirib ki, burun və alın nahiyəsinin plastik cərrahiyyə əməliyyatı üçün ondan 4-5 min manat tələb olunub, o isə həmin məbləği vermək imkanında olmayıb.

Məhkəmənin hökmü ilə E.Qurbanov 1 il 3 ay müddətə azadlıqdan məhrum edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv