Əməliyyatdan beş gün sonra ölən 22 yaşlı Məleykənin atası: “Bacarmırsınızsa, göndərin Bakıya”

Əməliyyatdan beş gün sonra ölən 22 yaşlı Məleykənin atası: “Bacarmırsınızsa, göndərin Bakıya”






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Bakı, #Hadisə, #Həkim, #Həkim səhlənkarlığı, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kürdəmirdə dekabrın 11-də əməliyyat olunan 22 yaşlı Məleykə Nurməmmədovanın beş gün sonra xəstəxanada ölməsi ilə bağlı yeni detallar məlum olub.

Qadının yaxınları onun ölümündə həkimi ittiham edirlər.

Onların sözlərinə görə, Məleykə Nurməmmədova dekabrın 11-də həkimə müraciət edib, analizləri nəticəsində kistası olduğu aşkar edilib və əməliyyat olunub. Ancaq əməliyyatdan beş gün sonra qanazlığı səbəbindən qan köçürülməsi edildikdən sonra onun vəziyyəti pisləşib.

Mərhumun atası Müsəllim Məmmədov həkimlərə sərt cəza verilməsini tələb edib və o qeyd edib ki, bu, həmin xəstəxanada baş verən üçüncü belə ölüm faktıdır:

“Sabah dördüncü də olacaq. Kistadan heç kim ölmür, bunu bacarmırsınızsa, göndərin Bakıya, camaatın balasını niyə öldürürsünüz? Həkimlərə ağır cəza verilsin”.

Mərhumun həyat yoldaşı Simran Nurməmmədov isə əməliyyatı həyata keçirən həkimdən təzminat tələb edir: “İki azyaşlı uşağım var, onlara necə baxacağam? Həkimdən təzminat istəyirəm”.

Məsələ ilə bağlı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, dekabrın 11-də saat 15:15-də vəziyyətinin pisləşməsi səbəbi ilə xəstəxanaya müraciət edən qadına müvafiq tibbi müayinələrdən sonra yumurtalığın kistası diaqnozu təyin olunub və pasiyent üzərində sağ yumurtalığın pazvari rezeksiya əməliyyatı icra edilib. Əməliyyat fəsadsız keçib və əməliyyatdan sonrakı dövr stabil olub:

“Dekabrın 16-sı saat 16:00-da ani ürək dayanması baş verib və təcili reanimasiya tədbirlərinə başlanılıb. Lakin aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, dekabrın 16-sı saat 19:00-da pasiyentin bioloji ölüm faktı qeydə alınıb”.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Kürdəmirdə beş gün əvvəl əməliyyat olunan 22 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.

presstvaz “Bizim.media”ya istinadən xəbər verir ki, hadisə dekabrın 16-da, saat 19 radələrində Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, Kürdəmir rayonu, Qarasu kənd sakini, 2003-cü təvəllüdlü Məleykə Müsəllim qızı Nurməmmədova dekabrın 11-də ginekoloji problemlə bağlı xəstəxanaya müraciət edib və həkimlər ona əməliyyat təyin ediblər.

Növbəti gün qadın əməliyyat olunub. Əməliyyat uğurlu alınsa da, Məleykə Nurməmmədova dekabrın 16-da, saat 19 radələrində kəskin qanazlığından dünyasını dəyişib.

Yaxınları qadının ölüm səbəbini həkim səhlənkarlığı ilə əlaqələndirirlər. Qeyd edək ki, ölən qadın beş il idi evli idi və onun bu evlilikdən iki azyaşlı qızı qalıb.

Hazırda faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv