Con Terridən ETİRAF: Çempionlar Liqasının finalında penaltini vura bilmədiyinə görə Moskvada özünü binadan atmaq istəyibmiş

Con Terridən ETİRAF: Çempionlar Liqasının finalında penaltini vura bilmədiyinə görə Moskvada özünü binadan atmaq istəyibmiş






presstv

"Presstv"az #"Mançester Yunayted", #Audi, #Futbol, #UEFA Çempionlar Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Çelsi” futbol klubunun sabiq kapitanı Con Terri UEFA Çempionlar Liqasının 2007/2008-ci illər mövsümündə Moskvada “Mançester Yunayted”ə qarşı keçirilən final görüşündə penalti seriyasında fərqlənə bilməməsinin onu indiyədək narahat etdiyini bildirib.

presstvaz Sports.ru-ya istinadən xəbər verir ki, Terri bu barədə Ris Mininin podkastında danışıb.

“İndiyə qədər gecənin bir yarısında oyanıram. Düşünürəm ki, bu hiss heç vaxt keçməyəcək. Əlbəttə, illər keçdikcə hər şey bir qədər yüngülləşib”, – deyə o vurğulayıb.

Keçmiş müdafiəçi final oyunundan sonra bütün futbolçuların hotelə qayıtdığını, həmin vaxt Moskvada yerləşən binanın 25-ci mərtəbəsində tək qaldığını qeyd edib:

“Sadəcə pəncərəyə baxırdım və “niyə, niyə?” deyə düşünürdüm. Demirəm ki, imkan olsaydı, özümü aşağı atardım. Amma müəyyən anlarda insanın ağlından müxtəlif fikirlər keçir. Sonra uşaqlar gəldi və məni aşağı apardılar”.

Xatırladaq ki, final qarşılaşmasının əsas vaxtı 1:1 hesabı ilə başa çatmışdı. Penaltilər seriyasında isə “qırmızı şeytanlar” 6:5 hesabı ilə qələbə qazanmışdılar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv