Kəmaləddin Heydərov 20 illin hesabatını verdi

Kəmaləddin Heydərov 20 illin hesabatını verdi






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Fövqəladə Hallar Nazirliyi (FHN), #Hadisə, #İlham Əliyev, #Kəmaləddin Heydərov, #Peşə bayramı, #Sərəncam

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ötən 20 il ərzində dövlət başçısının qayğısı nəticəsində Fövqəladə Hallar Nazirliyi (FHN) müasir texnika ilə təmin olundu. Nazirlik yaradılanda əksər texnika köhnə idi, qısa zamanda nazirliyin texnika bazası müasir avadanlıqla təmin olundu. Ötən illər ərzində 1134 yeni texnika alınıb. Qısa müddətə 9 regional mərkəz istifadəyə verildi. Xüsusi ixtisaslı kadrların hazırlanması məqsədi ilə 2008-ci ildə FHN-in akademiyası yaradılıb”.

presstvaz xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov FHN işçilərinin peşə bayramı günü və nazirliyin yaradılmasının 20 illiyi ilə əlaqədar nazirliyin Akademiyasında təşkil edilən mərasim zamanı deyib.

O bildirib ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan dünyada söz sahibinə çevrilib:

“Ulu öndərin siyasətini layiqli davam edən Prezident qələbə əzmində olan güclü ordu yaratdı. Ordumuz cəmi 44 gün ərzində 30 ilə yaxın işğalda olan torpaqları azad etdi. Antiterror əməliyyatları nəticəsində dövlət suverenliyi bərpa olundu. Ərazilərimiz sürətlə yenidən qurulur, bu torpaqlara həyat yenidən qurulur”.

Kəmaləddin Heydərov əlavə edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildə Fövqəladə Hallar Nazirliyi yaradılıb.

K.Heydərov qeyd edib ki, son 20 il ərzində yanğından mühafizə üzrə 80 bina tikilib. Hər il 70 000-ə yaxın obyektə yanğın əleyhinə texniki müayinə keçirilir.

Nazir vurğulayıb ki, bütövlükdə 20 il ərzində ölkə iqtisadiyyatı 3 dəfədən çox böyüdülüb, irimiqyaslı bərpa və quruculuq işləri aparılıb:

“2007-ci ildə 4517, 2024-cü ildə isə 14 856 təbii və texnogen hadisə qeydə alınıb. 2024-cü ildə baş verən fövqəladə hallar zamanı 29 000-ə yaxın zərərçəkmiş, 5700-ə yaxın batma təhlükəsiz altında olan şəxs xilas edilib. 2007-ci ildə təbii və texnogen hadisələr zamanı 132 nəfər, 2024-cü ildə isə bu hadisələr zamanı 83 nəfər həyatını itirib”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv