Azərbaycanda uşaq pornoqrafiyası ilə bağlı videolar yayan şəxsə hökm oxundu

Azərbaycanda uşaq pornoqrafiyası ilə bağlı videolar yayan şəxsə hökm oxundu






presstv

"Presstv"az #Audi, #Cinayət işi, #informasiya texnologiyaları, #kanalda, #TikTok, #Yasamal Rayon Məhkəməsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Telegram” sosial şəbəkəsində uşaq pornoqrafiyasını yayan şəxsə hökm oxunub.

presstvaz Lent.az-a istinadən xəbər verir ki, 23 yaşlı Murad İsmayılov (ad və soyad şərtidir) naməlum mənbədən uşaq pornoqrafiyası ilə bağlı materiallar əldə edib.

Ümumilikdə 71 belə videonu “Telegram”da özünə məxsus kanalda paylaşıb və üzvlərə təklif edib.

Bundan başqa o, həmin sosial şəbəkədə başqa bir kanalında saxta reklamlar, endirim kampaniyaları, hətta cərimələrin endirimlə ödənilməsi ilə bağlı paylaşımlar edib. Həvəslənən izləyicilər həmin səhifələrə daxil olaraq, özlərinə, yaxud qohumlarına məxsus bank kartlarının nömrələrini qeyd ediblər. Nəticədə bu üsulla Murad zərərçəkənlərin ümumilikdə 2000 manatdan çox pulunu “Netflix”, “TikTok”, “Bolt-Food” və s. kimi onlayn ödənişlərə xərcləyib.

Bu əməllərinə görə Murad İsmayılov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 171-1.1 (uşaq pornoqrafiyasını yayma), 177.2.2 (təkrar oğurluq), 177.2.3-1 (elektron məlumat daşıyıcıların yaxud informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmək) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanıb.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə Murad İsmayılov barəsində 3 il sınaq müddəti tətbiq olunmaqla 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv