Azərbaycan İnvestisiya Holdinqi təmizlik işlərinə 200 min manat ayırıb

Azərbaycan İnvestisiya Holdinqi təmizlik işlərinə 200 min manat ayırıb






presstv

"Presstv"az #Audi, #Azərbaycan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan İnvestisiya Holdinqi” (AİH) publik hüquqi şəxs (PHŞ) inzibati binasında və həyətyanı sahəsində təmizlik xidmətinin göstərilməsi ilə bağlı satınalma prosedurunu yekunlaşdırıb.

presstvaz xəbər verir ki, müsabiqənin qalibi “Mint Services” MMC olub.

Tenderin məbləği 198 min 288.89 manat təşkil edir.

Texniki tapşırığa əsasən, satınalma inzibati binada və həyətyanı sahədə (3 724.4 kvadratmetr) təmizlik xidmətinin göstərilməsini, həmçinin kağız salfetlər, tualet kağızı və maye sabun kimi müxtəlif sanitar-təmizlik vasitələrinin təmin olunmasını əhatə edir.

27.02.2017-ci ildə dövlət qeydiyyatına alınan “Mint Services” MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Aqil Habil oğlu Hümmətovdur. Şirkət ötən il də İnvestisiya Holdinqinin bu istiqamətdə keçirdiyi tenderin qalibi olub. Belə ki, 28.10.2024-cü ildə açıqlanan tenderin məbləği 212 min 695.77 manat olub.

22 və 23-cü illərdə isə təmizlik xidmətlərini holdinqdə “Sintez” MMC həyata keçirib. 23-cü ildə keçirilən tenderin məbləği 171 min 971.55 manat, 22-ci ildə isə 144 min 808.4 manat təşkil edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv