"Apple" 150 ölkəyə xəbərdarlıq göndərdi – Məlumatlarınız oğurlanmış ola bilər

"Apple" 150 ölkəyə xəbərdarlıq göndərdi – Məlumatlarınız oğurlanmış ola bilər






presstv

"Presstv"az #Apple, #Hakerlər, #iPhone, #Jurnalistlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Apple" bütün dünyada "iPhone" istifadəçilərinə yüksək səviyyəli casus proqram hücumları ilə bağlı ciddi xəbərdarlıq göndərib.

presstvaz xəbər verir ki, şirkət 150 ölkədəki istifadəçilərə təhlükə bildirişi yollayaraq, "iPhone"ların "pullu casus proqramlar" vasitəsilə hədəfə alınma riskinin artdığını bildirib.

Xəbərdarlıq xüsusilə jurnalistlər, iş adamları, fəallar və diplomatlar kimi müəyyən peşə qruplarını əhatə etsə də, "Apple" hər kəsi diqqətli olmağa çağırır.

Mütəxəssislərə görə, bu hücumlar çox vaxt istifadəçi heç bir linkə klik etmədən baş verir. "Sıfır klik" metodundan istifadə edən hakerlər iMessage vasitəsilə göndərilən zərərli şəkillərdən, Safari-dəki boşluqlardan və ya internet saytlarında yerləşdirilən zərərli reklamlardan yararlanırlar.

Bu proqramlar cihazdakı bütün fəaliyyətləri izləyə, mesajları oxuya, kameraya və mikrofona giriş əldə edə bilər.

Apple-ın məlumatına görə, aşağıdakı əlamətlər zərərli fəaliyyətin göstəricisi ola bilər:

iPhone həddindən artıq qızır və ya normadan çox yavaşlayır

Əsas ekranda əvvəllər olmayan naməlum tətbiqlər peyda olur

Tətbiqlərdə səbəbsiz xətalar və sistem qəzaları baş verir

Apple-dan təhlükəsizlik tövsiyələri

iOS sisteminizi ən son versiyaya yeniləyin

İki faktorlu autentifikasiyanı aktivləşdirin

App Store-dan kənar mənbələrdən tətbiq yükləməyin

Şübhəli linklərə və əlavə fayllara klikləməyin


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv