Narkotiklərin tədarükünə görə saxlanılan ailə üzvlərinə üst-üstə 33 il iş istənildi

Narkotiklərin tədarükünə görə saxlanılan ailə üzvlərinə üst-üstə 33 il iş istənildi






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Avto, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Cinayət işi, #Hakim, #İran, #Məhkum, #Xətai rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xətai rayonu ərazisində əvvəllər narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar – 56 yaşlı Hümbət Cəfərov, oğlu 33 yaşlı Əli Cəfərov və qızı 35 yaşlı Şəlalə Cəfərovanın cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

presstvaz-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edildikdən sonra prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilənlər Hümbət Cəfərovun 12 il, onun oğlu Əli Cəfərovun 11 il, qızı Şəlalə Cəfərovanın isə 10 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.

Çıxışlar üçün söz müdafiə tərəfinə verilsə də, buna hazır olmadıqlarından vaxt istəyiblər.

Növbəti proses dekabrın 18-nə təyin edilib.

Qeyd edilib ki, onlara məxsus avtomobildən 14 kiloqramdan artıq heroin, metamfetamin və tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkar edilərək götürülüb.

Bildirilib ki, bu şəxslər aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Astara rayonu ərazisində gizlədilən yerdən Bakı şəhərində ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər.

Saxlanılan şəxslər Bakı şəhərində narkotik vasitələrin əsas tədarükçülərindən olublar.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Onu da qeyd edək ki, təqsirləndirilənlərdən Əli Cəfərov və bacısı Şəlalə Cəfərovanın həyat yoldaşları da eyni əmələ görə hazırda həbsdədirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv