Azıx və Tağlar mağaralarında aparılan tədqiqatların nəticəsi gələn il açıqlanacaq

Azıx və Tağlar mağaralarında aparılan tədqiqatların nəticəsi gələn il açıqlanacaq






presstv

"Presstv"az #Almaniya, #Arxeoloji qazıntılar, #Audi, #Azərbaycan, #Danimarka, #Universitetlər, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azıx və Tağlar mağaralarında aparılan tədqiqatların nəticəsi gələn il açıqlanacaq”.

presstvaz xəbər verir ki, bunu APA-ya açıqlamasında AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev bildirib.

Azıx və Tağlar mağaralarında aparılan tədqiqatların nəticəsi gələn il açıqlanacaq

Onun sözlərinə görə, Azıx və Tağlar abidələri beynəlxalq əhəmiyyətli abidələr olduğu üçün tədqiqat prosesində beynəlxalq tərkibli ekspedisiyalar fəaliyyət göstərir:

“Bu ekspedisiyalar Azərbaycan, Almaniya, Yaponiya və Danimarka mütəxəssisləri ilə birlikdə aparılır. Ekspedisiyalara Azərbaycan Arxeologiya və Antropologiya İnstitutunun arxeoloqları rəhbərlik edir. Yəni həm yerli, həm də xarici mütəxəssislər ekspedisiyalarda birgə çalışırlar. Ümumilikdə, bu heyət 50 nəfər tədqiqatçını əhatə edir. Onların yarısı azərbaycanlı, yarısı isə əcnəbidir. Bu ekspedisiyalar uzunmüddətli danışıqlarla, həmin abidələrdə Azərbaycan mütəxəssisləri ilə işləyə bilən, Azərbaycan mədəniyyətini dərindən bilən elmi mərkəzlərlə birgə təşkil edilir. Bundan əlavə, ekspedisiyalara Azərbaycan universitetlərinin və xarici universitetlərin müvafiq fakültələrindən tələbələr də cəlb olunur”.

Fərhad Quliyev bildirib ki, Azıx və Tağlar abidələrinin öyrənilməsində əsas vacib element tapılan hər bir nümunənin tam şəkildə laborator analizlərdən keçməsidir:

“Bu analizlər Qərb ölkələrinin tanınmış optik stimullaşdırılmış lüminessens (OSL) analizləri (yaş təyin edən) laboratoriyalarında aparılır. Laborator analizlərin nəticələri müəyyən vaxt tələb edir. Çünki söhbət 1 milyon 800 min il yaşı olan abidələrdən gedir və tapıntıların mahiyyətinin dəqiq öyrənilməsi üçün vaxt lazımdır. Bu analizlər bir neçə mərhələdə aparılır və nəticələr bizə elan olunduqdan sonra birgə şəkildə nəşr olunur”.

Direktor deyib ki, təxminən 2026-cı ilin birinci yarısında bu abidələrlə bağlı çox ciddi və maraqlı elmi nəticələr əldə olunacaq:

“Bu nəticələr əvvəlki, sovet dövrünün tədqiqatlarından fərqli olaraq daha müasir texnoloji və metodoloji yanaşmalarla əldə ediləcək. Bu səbəbdən yeni nəticələrin müəyyən mənada sensasion olacağı da gözlənilir. Elmi nəticələr birgə toplantıdan sonra açıqlanacaq və ciddi elmi nəşrlərdə yayımlanacaq”.

Fərhad Quliyev vurğulayıb ki, Azıx və Tağlar mağaralarında aparılan tədqiqatlar 2030-cu ilədək davam edəcək:

“Bu tədqiqatlar çox mürəkkəb xarakter daşıyır. Çünki təkcə arxeoloji qazıntılarla kifayətlənmir, coğrafiya, geologiya və digər elm sahələrinin də iştirakı ilə həyata keçirilir. Burada əsas məqsəd o dövrdə ilkin insanın həyat tərzini, yaşam şəraitini və inkişaf dinamikasını öyrənməkdir. Hər bir nümunə çox dəyərlidir, ona görə də torpaq qatı ehtiyatla götürülür və elmi metodlarla analizə göndərilir. Çünki laborator analizlər yalnız düzgün götürülmüş nümunələr üzərində aparıldıqda etibarlı nəticə verir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv