Ərini qətlə yetirməkdə təqsirləndirilən qadın özünü müqəssir bilmir

Ərini qətlə yetirməkdə təqsirləndirilən qadın özünü müqəssir bilmir






presstv

"Presstv"az #Audi, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Cinayət işi, #Hakim, #Münaqişə, #Xəzər Rayon Prokurorluğu, #Xəzər rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə ərinin qətlində təqsirləndirilən Nərgiz Quliyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.

presstvaz Lent.az-a istinadla xəbər verir ki, müttəhimin vəkili vəsatət qaldıraraq, müdafiə etdiyi şəxsin azyaşlı övladının olduğunu nəzərə alaraq məhkəmədə kənar şəxslərin olmamasını istəyib.

Məhkəmə bu vəsatəti təmin etməyib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən N.Quliyeva ona qarşı irəli sürülən ittihamda özünü təqsirli bilmədiyini deyib.

Növbəti proses 8 yanvar saat 10:00-a təyin olunub.

Xatırladaq ki, 2025-ci ilin avqust ayında Bakı şəhərinin Xəzər rayonu, Türkan qəsəbəsində 1986-cı il təvəllüdlü Nərgiz Rafiq qızı Quliyeva yaşadığı evdə münaqişə zəminində əri, 1979-cu il təvəllüdlü Natiqi bıçaqlayaraq qətlə yetirib. N.Quliyeva polis tərəfindən tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Xəzər rayon prokurorluğu tərəfindən cinayət işi başlanılıb və N. Quliyeva Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə ittiham olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv