Mikayıl Cabbarov Lord Con Olderdaysla görüşüb

Mikayıl Cabbarov Lord Con Olderdaysla görüşüb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Böyük Britaniy, #Böyük Britaniya, #İqtisadiyyat Nazirliyi, #Mikayıl Cabbarov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniyanın baş nazirinin Azərbaycan və Mərkəzi Asiya ölkələri üzrə ticarət elçisi Lord Con Olderdaysla görüşüb.

Bu barədə presstvaz-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin genişləndiyi vurğulanıb. Qeyd olunub ki, müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi üçün böyük potensial var. Ticarət elçisinə Azərbaycanın Mərkəzi Asiya regionu ilə səmərəli əməkdaşlığına dair məlumat verilib və birgə təşəbbüslərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Tərəflər iqtisadi əməkdaşlığın gündəmində olan prioritet fəaliyyət istiqamətləri, o cümlədən, Birləşmiş Krallığın İxrac Maliyyəsi Departamenti (UKEF) ilə səmərəli əməkdaşlıq, enerji keçidi, insan kapitalının inkişafı, Ələt Azad İqtisadi Zonası və sənaye zonalarında investisiya imkanları, biznes, ticarət, yüksək texnologiyalar və rəqəmsal transformasiya üzrə birgə fəaliyyətin təşviqi barədə müzakirə aparıblar.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniyanın baş nazirinin Azərbaycan və Mərkəzi Asiya ölkələri üzrə ticarət elçisi Lord Con Olderdaysla görüşüb.

presstvaz xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında paylaşım edib.

“Böyük Britaniyanın baş nazirinin Azərbaycan və Mərkəzi Asiya ölkələri üzrə ticarət elçisi Lord Con Alderdaysı ölkəmizdə qarşılamaqdan məmnun olduq. Birləşmiş Krallıq ilə iqtisadi əməkdaşlığın gündəmində olan prioritet fəaliyyət istiqamətləri, biznes, investisiya və ticarət tərəfdaşlığının gücləndirilməsi, enerji, yüksək texnologiyalar və rəqəmsal transformasiya sahələrində birgə fəaliyyətin təşviqi imkanları barədə fikirlərimizi bölüşdük”, – paylaşımda vurğulanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv