Dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin siyahısı dəyişib

Dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin siyahısı dəyişib






presstv

"Presstv"az #Atletika, #Audi, #Bakı, #Əli Əsədov, #Futbol, #Heydər Əliyev, #İdman, #Sərəncam

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ortamüddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısında dəyişiklik edilib.

presstvaz xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncamla Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Olimpiya növləri üzrə Milli komandalar üçün Təlim-Məşq Mərkəzi MMC statusu alıb.

Bundan başqa, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Futbol üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin adı dəyişdirilərək Futbol üzrə İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatı Məktəbi, Gədəbəy Respublika Kompleks İdman Məktəbi Respublika Kompleks Uşaq-Gənclər İdman Məktəbi adlandırılıb.

Həmçinin Respublika Olimpiya Mərkəzi “Bakı Atletika Mərkəzi” MMC, Respublika Stend Atıcılığı üzrə İdman Kompleksi isə “Bakı Atıcılıq Mərkəzi” MMC kimi fəaliyyət göstərəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv