Diabet və diş sağlamlığı arasında kritik əlaqə üzə çıxdı

Diabet və diş sağlamlığı arasında kritik əlaqə üzə çıxdı






presstv

"Presstv"az #Araşdırma, #Bakteriya, #diabet, #Həkim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Alimlər şəkər diabetinin ağız və diş sağlamlığına birbaşa təsir etdiyini müəyyən ediblər. Araşdırmalara əsasən, diabetli şəxslərdə ağız quruluğu, diş çürüməsi, diş əti iltihabı, göbələk infeksiyaları və diş itkisi daha çox müşahidə olunur.

presstvaz xəbərr verir ki, mütəxəssislər bildirirlər ki, qanda şəkərin yüksəlməsi damar və sinirlərə zərər verərək yaraların sağalmasını gecikdirir və infeksiyalara qarşı müqaviməti azaldır. Bu səbəbdən ağız boşluğu diabetin ən həssas və tez zədələnən bölgələrindən biridir.

Həkimlər vurğulayır ki, ağız sağlamlığındakı problemlər qanda şəkərə nəzarəti çətinləşdirir, nəzarətsiz şəkər isə geriyə təsir göstərərək diş və diş əti xəstəliklərini daha da ağırlaşdırır. Diabet zamanı tüpürcəkdəki şəkərin artması bakteriyaların sürətlə çoxalmasına və diş ətlərinin zədələnməsinə gətirib çıxarır.

Mütəxəssislər diabetli şəxslərə şəkərə nəzarəti gücləndirməyi, ağız gigiyenasına ciddi riayət etməyi və mütəmadi olaraq stomatoloqa müraciət etməyi tövsiyə edirlər. Bu yanaşma həm ümumi sağlamlığı yaxşılaşdırır, həm də diabetin idarə olunmasına mühüm dəstək verir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv