Keyfiyyət informasiya sistemindən istifadə haqqı BİLİNDİ

Keyfiyyət informasiya sistemindən istifadə haqqı BİLİNDİ






presstv

"Presstv"az #Audi, #Əli Əsədov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Keyfiyyət informasiya sistemindən istifadə haqqının məbləği, ödənilməsi və ondan istifadə qaydası təsdiqlənib.

presstvaz xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Sistemdən istifadə etmək üçün istifadəçilər tərəfindən aşağıda qeyd olunan xidmətlər üzrə hər müraciətə görə aşağıda qeyd olunan məbləğlərdə istifadə haqqı ödəniləcək:

Sıra

№-si

İstifadə növü Məbləğ

(manatla)

1 2 3
2.1.1. Texniki reqlamentlə əhatə olunan malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentlə müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq sertifikatlarının

elektron formada yaradılması

10
2.1.2. Orta riskli mallar üçün uyğunluğu qiymətləndirən qurum tərəfindən uyğunluğun təsdiqi barədə təsdiqedici sənədin

elektron formada yaradılması

5
2.1.3. Texniki reqlamentlə əhatə olunan malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentlə müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq bəyannamələrinin

elektron formada yaradılması

ödənişsiz
2.1.4. Malın (xidmətin, işin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun və işçi heyətin müvafiq standartlaşdırma sahəsində normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi barədə

uyğunluq sertifikatlarının elektron formada yaradılması

10
2.1.5. Xarici mənşəli uyğunluq sənədlərinin tanınması barədə

qərarların elektron formada yaradılması

20
2.1.6. İnspeksiya orqanının rəyinin elektron formada yaradılması 50
2.1.7. Sınaq laboratoriyalarında aparılmış tədqiq (sınaq)

nəticələrinə dair sənədlərin elektron formada yaradılması

1
2.1.8. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamələrin

elektron formada yaradılması

ödənişsiz
2.1.9. Ölçmə vasitələrinin yoxlanılması haqqında

şəhadətnamələrin elektron formada yaradılması

1
2.1.10. Ölçmə vasitələrinin kalibrlənməsi haqqında sertifikatların (kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsinin nəticələrinə dair kalibrlənmə haqqında sertifikatlar istisna

olmaqla) elektron formada yaradılması

1.50
2.1.11. Yararsızlıq haqqında bildirişlərin yaradılması ödənişsiz

Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv