Prokuror Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən ərəblərə cəza istədi

Prokuror Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən ərəblərə cəza istədi






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Audi, #Bakı, #Cinayət işi, #Hakim, #Səbail, #Şəhidlər xiyabanı, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

presstvaz-ın məlumatına görə, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda sonuncu iki şahidin ifadəsi elan edildikdən sonra məhkəmə istintaqının yekunlaşması elan edilib.

Daha sonra prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilən əcnəbilərin hər üçünün ayrı-ayrılıqda 4 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Zərərçəkən şəhid ailələri isə ərəblərin törətdiyi əməlləri onların yol verdiyi bir səhv kimi qiymətləndirilməsini xahiş edib və onları bağışladıqlarını deyiblər.

Vəkillər müdafiə çıxışlarına hazır olmadıqlarına görə vaxt istəyiblər.

Növbəti iclas dekabrın 16-na təyin edilib.

Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv