İRİA-nın sədr müavini: “Gəncədəki Azərbaycan İnnovasiya Mərkəzi tələbə və gənclərə böyük dəstək olacaq”

İRİA-nın sədr müavini: “Gəncədəki Azərbaycan İnnovasiya Mərkəzi tələbə və gənclərə böyük dəstək olacaq”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Gəncə şəhəri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Gəncədəki Azərbaycan İnnovasiya Mərkəzi bölgədə tələbə və gənclərin innovasiya fəaliyyətinə böyük dəstək olacaq”.

presstvaz xəbər verir ki, bunu Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetinin tərkibində Azərbaycan İnnovasiya Mərkəzinin açılış mərasimində iştirak edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini Rəşad Xalıqov bildirib.

O, bu gün açılışı olan mərkəzin Gəncə və ətraf rayonlarda yaşayan tələbə və gənclərin innovasiya fəaliyyətini və startap quruculuğunu dəstəkləyəcəyini, həmçinin onların idealları üzrə gedən yolda onlara zəruri texniki və digər lazımi şəraitin yaradıldığını qeyd edib.

“Ümumiyyətlə belə mərkəzlərimizin regionlarda açılmasında əsas məqsəd innovasiya sahəsində fəaliyyət göstərən gənclərimizin və tələbələrimizin innovasiya ekosisteminə və innovasiya infrastrukturuna əlçatanlığın təmin olunmasına dəstək olmaqdır”, – deyə R.Xaliqov əlavə edib.

Gəncədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sayca altıncı innovasiya mərkəzi fəaliyyətə başlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv